Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, 2012-ci ildə ölkə Prezidenti ovaxtkı TQDK-ya dərsliklərin monitorinqini keçirmək səlahiyyəti verib
BAKI, 25 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə abituriyentləri imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməyə çağırıb:
"Bəzən şagirdlər, abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik".
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib ki, qəbul, buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb bu qrafik müəyyən edilir:
"12 martda buraxılış imtahanı da, SAT imtahanı da olacaq, amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq".
O qeyd edib ki, DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır:
"Bu gün də bir neçə ərizə daxil olub. Vətəndaşlar özləri də bunu müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər - attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda. Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün də vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək".
Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, həm 9, həm də 11 illik bazadan buraxılış imtahanı modeli, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər məsələlər "Abituriyent" jurnalında qeyd edilib. O qeyd edib ki, buraxılış imtahanlarında V sinifdən mart ayına qədər təlim materiallarından istifadə olunur:
"2008-ci ildən fənn kurikulumları tətbiq edilir. Bunun mahiyyəti tədris prosesində təkcə bilik yox, həm də bacarıqların toplanmasını müəyyən etməkdir. Fənn kurikulumlarında alt standartların tələbləri əsas götürülür. Xarici dil fənni üzrə əsas bacarıqlar IX sinifdən formalaşmağa başlayır. XI sinifdə əsas fənlər üzrə bacarıqlar isə I yarımildə formalaşır. Məsələn, bu il buraxılış imtahanları martda olacaq, amma bu şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanacaq. Deyirlər, tapşırıqlar çətin olacaq, hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur. Buraxılış imtahanı attestat imtahanları deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır".
Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərindəki səhvlərə də münasibət bildirib. Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, 2012-ci ildə ölkə Prezidenti o vaxtkı TQDK-ya dərsliklərin monitorinqini keçirmək səlahiyyəti verib:
"2016-cı ildə DİM-in nizamnaməsində də qeyd olundu ki, Təhsil Nazirliyinin sifarişi əsasında monitorinq keçirə bilərik. Hər il Təhsil Nazirliyi dərslikləri təkmilləşmiş layihə şəklində bizə göndərir. Dərsliklərin məzmunu, bədii tərtibatı, tapşırıqlar, dizayna baxılır. Məzmunun izlənməsi baxımdan yekun rəylər hazırlayırıq, təkliflər veririk, səhvlər və mübahisəli məqamlar varsa, qeyd edib TN-ə göndəririk. Təkliflər də nəzərə alınır. IV sinif "Rus dili" dərsliyi ilə bağlı layihə yəqin ki, gələn illərdə bizə göndəriləcək, çünki bu il hələ II sinif üzrə hazırlanan kitab layihələri göndərilib. Sözügedən materialla bağlı yanlışlığı elektron versiyada artıq düzəldiblər".
Onun sözlərinə görə, Coğrafiya fənnində yeni iqtisadi zonalarla bağlı tapşırıqlar salınacaq:
“Bu, dərsliklərdə öz əksini hələ tapmayıb, çünki dərsliklər 4 ildən bir nəşr olunur. Ona görə bununla bağlı həm rus, həm də Azərbaycan dilində material hazırlayıb hər iki dildə DİM-in saytına yerləşdirmişik. Eyni zamanda, Zəfər tarixi ilə bağlı material da yenilənib. IX siniflər üçün bununla bağlı dərslik var, amma XI siniflər həmin fənni keçmədiyi üçün DİM-in hazırladığı material yenilənib və saytda yerləşdirilib. Ədəbiyyatla bağlı yeni dərsliklərdə bəzi əsərlər dəyişdirilib, amma indiki XI siniflər bunu keçiblər. Əsərlərdən bəzi hissələr saytda yerləşdirilib. Bunlar yeni materiallar deyil, müəyyən hissələri dərsliklərdə verilib, məktəbdaxili qiymətləndirilməsi aparılıb. Pandemiyanı nəzərə alaraq həmin hissələri sayta daxil etmişik”.
A. Batıyeva qeyd edib ki, eyni zamanda İnformatika fənni ilə bağlı da yeni tapşırıqlar sayta yerləşdirilib:
“2023-cü ildə imtahan verəcək şagirdlər buna fikir versinlər. Əsas ədəbiyyat dərsliklərdir, bundan kənarda heç bir şey nəzərdə tutulmayıb, hazırda məktəbdə tədris olunan tapşırıqlar salınacaq. İnformatika fənni üzrə vəsait üzərində də iş gedir, bu da çap olunacaq. Respublikada bu sahədə təcrübəsi olan dərslik müəllifləri, Təhsil İnstitutunun əməkdaşları cəlb olun, İşçi Qrupu yaradılıb. İndi X sinifdə oxuyan şagirdlər buna diqqət yetirsinlər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Buraxılış imtahanından sonra dərs? DİM və Təhsil Nazirliyinin amorf qərarı
Buraxılış imtahanlarının tarixləri açıqlanıb - CƏDVƏL
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Xəbər lenti
0