https://sputnik.az/20220125/buraxilis-imtahanindan-sonra-ders-dm-ve-tehsil-nazirliyinin-amorf-qerari-438484524.html
Buraxılış imtahanından sonra dərs? DİM və Təhsil Nazirliyinin amorf qərarı
Buraxılış imtahanından sonra dərs? DİM və Təhsil Nazirliyinin amorf qərarı
Sputnik Azərbaycan
Havalar bir az isinən kimi, şagirdlər dərsə dərsliksiz, çantasız gəliblər. Çünki vaxtilə dərs ilinin 15 gün uzadılması ilə bağlı səhv buraxılıb. 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T15:35+0400
2022-01-25T15:35+0400
2022-01-25T15:35+0400
imtahan
təhsil
elm və təhsil nazirliyi
dim
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_0:103:3071:1830_1920x0_80_0_0_fcc0fcd60982fd2dbd3d8d137ed73f7b.jpg
BAKI, 25 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) bu il buraxılış imtahanlarını mart ayında keçirməsi buraxılış siniflərinin imtahandan sonra məktəbə getməsinin məqsədəuyğun olub-olmadığı barədə sual yaradıb. Elə məzunlar da buraxılış imtahanlarından sonra məktəbə getməyin bir mənası olmadığı qənaətindədirlər.İmtahandan sonra nə məktəb?Bu il 11-ci sinifdə təhsil alan Əsgərova Mədinə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buraxılış sinfi olduğundan əsas diqqəti hazırlıqlara yönəldib. Buraxılış imtahanı verdikdən sonra məktəbə getməkdə isə bir məna görmür. Sorğu apardığımız digər məzunlar da bildirdilər ki, buraxılış imtahanları dərs ili başa çatmamış keçirilirsə, imtahandan sonra məhz buraxılış sinifləri məktəbə getsə belə, formal xarakter daşıyacaq.Dərs ilinin başlanma tarixi ilə bağlı səhv buraxmışıq?Təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, proqram materialı başa çatmamış buraxılış imtahanlarının keçirilməsi ziddiyyət yaradır. Amma ekspert DİM-in bu məsələyə artıq açıqlama verdiyini, keçirilməyən dərs mövzularının buraxılış imtahan suallarına salınmayacağını bildirib: "Bu, attestat qiyməti deyil. Buraxılış imtahanı "kompetensiya"nın, yəni səriştənin yoxlanılmasına xidmət edən imtahandır. Attestat isə illik qiymətlər əsasında çıxarılır. O ki qaldı buraxılış siniflərinin məktəbə getməsinə lüzum qalmamasına, elə həmişə belə olub. Havalar bir az isinən kimi, şagirdlər dərsə dərsliksiz, çantasız gəliblər. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, biz vaxtilə dərs ilinin 15 gün uzadılması ilə bağlı səhv buraxmışıq. 2000-ci illərdə havaların isti keçməsi ilə əlaqədar dərs ilinin başlanma tarixini sentyabrın 15-nə çəkdilər. Ona görə avtomatik olaraq tədris ili müddəti iyunun 15-nə gəlib çıxdı. Biz iki həftə qazandığımızı düşünsək də, əslində sentyabrın 1-dən dərslərin başlanması ilə uduzmazdıq. Dərs sentyabrın 1-də başlayıb, mayın sonunda başa çatardı. Bəzi mütəxəssislər hesab edirlər ki, dünyada tədris saatı 38-40 saatdır. Bizdə isə 34-35 saata çatır"."Dərs ilinin uzadılması dərsin keyfiyyətinə təsir göstərmir"Ekspert bildirir ki, dərs ilinin uzadılması əslində tədrisin keyfiyyətinə heç bir təsir göstərmir. Onun sözlərinə görə, keyfiyyət müddətlə ölçülən məsələ deyil: "Hazırlıq kursları öz nümunələrində göstərirlər ki, məktəbin bir ilə öyrətdiklərini şagirdlərə bir aya mənimsədə bilirlər. Ona görə də bu məsələni nizama salmaq üçün dərs ilinin başlama müddətini sentyabrın 1-nə çəkmək lazımdır. Mən hesab edirəm ki, sentyabrın 1-i sovet təhsilindən miras qalan məsələ deyil. Hər ölkədə dərs ilinin başlama müddəti bütün ölkələrdə fərqlidir. Amma biz dərs ilinə sentyabrın 1-də başlasaq, normal şəkildə mayın sonu dərs ilini başa çatdıra bilərik. Şagirdlər də məktəbə həvəssiz, davamiyyət xətrinə gəlməzlər. Çox təəssüf ki, tədris planlarında edilən dəyişikliklər belə bir mənzərə yaratdı".Nazirliklə DİM-in qrafiki üst-üstə düşmürN.İsrafilov deyir ki, DİM-in qrafiki ilə dərs proqramı fərqlidir. Bu isə ortaya belə bir mənzərə çıxarır: "Azərbaycanda iki dəfə imtahanın keçirilməsi qrafiki sıxlaşdırır. Bundan əlavə, abituriyentlər qabiliyyət imtahanı da verirlər. Ona görə belə problemlər ortaya çıxır. Martda imtahandan sonra oxumağa ehtiyacın qalmamasına gəlincə, bu yazı vərdişlərini yoxlamaq məqsədi daşıyır. Dünyanın elə ölkələri var ki, orada ali məktəbə qəbul attestat qiyməti ilə aparılır. Bizdə də ilbəil qiymətlər təkmilləşir. İmtahan modelində dəyişikliklər aparılır. Açıq testlərin daha çox salınması prosesi aparılır. Bu səbəbdən də imtahanların suallarının yoxlanılmasına daha çox zaman sərf edilir. Nəticədə DİM buraxılış imtahanlarının tarixini dərs ili başa çatmazdan öncəyə təyin edir ki, sualları yoxlayıb başa çatdırmağa vaxt çatsın".Açıq suallar vaxtı daraldırDİM də buraxılış imtahanlarının dərs ili başa çatmazdan öncəyə təyin edilməsini məhz belə əsaslandırır.Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, imtahanda yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. "Həmin cavabların yoxlanılması isə bir aydan çox vaxt tələb edir. Buna görə buraxılış imtahanlarının tarixi əvvələ çəkilir ki, cavabların yoxlanılmasına vaxt çatsın".Amma X.Xanlarzadə DİM tərəfindən keçirilən imtahanlarda tədris planlarının, qüvvədə olan dərsliklərin və qəbul proqramlarının həmişə nəzərə alındığını söyləyir. Onun sözlərinə görə, buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq.Buraxılış imtahanından sonra iki imtahan gəlirTəhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə hesab edir ki, 9-11-ci sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı verdikdən sonra da dərsə getməlidirlər. Şura sədri bunu zəruri hesab edir:"Bizdə imtahanlar iki mərhələdə keçirilir. Buraxılış imtahanlarına mart ayına kimi keçirilmiş mövzular salınır. Amma qəbul imtahanlarına martdan sonra keçirilmiş mövzulardan da suallar əlavə edilir. Buna görə buraxılış sinifləri imtahandan sonra dərsə davam etməlidirlər ki, o mövzuları mənimsəyə bilsinlər".G.Səfərova 9-11-ci sinif şagirdlərinin buraxılış imtahanlarından sonra tədrisə davam etməsinə məktəb direktorları tərəfindən nəzarət edilməli olduğunu bildirir.Məlumat üçün bildirək ki, ölkəmizdə ali məktəblərə qəbulun iki mərhələli aparılması nəzərdə tutulsa da, keçən il imtahan birmərhələli keçirildi.Onu da qeyd edək ki, buraxılış sinifləri buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmədən (BSQ) də keçməlidirlər. Bu isə imtahandan sonra imtahan anlamına gəlir.Təhsil Nazirliyindən bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.İmtahan tarixləri ilə oynamaq olmazTəhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi buraxılış sinif şagirdlərinin martdan sonra məktəbə getməməsinə əsas verir: "Buraxılış sinif şagirdləri deyə bilərlər ki, mən imtahanı vermişəm, martdan sonra məktəbə niyə getməliyəm? Ona görə də vaxt məsələsində dəyişikliyə ehtiyac var".Ekspert deyir ki, imtahan tarixləri altı ay öncədən elan edilməlidir ki, abituriyentlər hazırlıqlı olsunlar: "DİM bununla sanki isbat etmiş oldu ki, şagirdlərin orta məktəb biliklərini yox, hazırlıq kurslarında, repetitor yanında əldə etdikləri bilikləri yoxlayacaqlar. Çünki orta məktəb iki həftə gec başlayıb. Bundan əlavə, yoluxma hallarına görə bəzi məktəblər 14 gün müddətinə karantinə bağlandı. Bütün bunlar nəzərə alınmalı idi".K.Əsədov bildirir ki, hazırki imtahan cədvəli ilə buraxılış siniflərinə bir aydan bir qədər çox vaxt qalır. Nəticədə onlarda gərginliyə səbəb olacaq: "Repetitor və hazırlıq kursları planı qurmuşdular ki, may ayına qədər hazırlıq proqramını başa çatdıracaqlar. DİM-in qərarından sonra onlar proqramı sıxlaşdırmalı, yaxud da buraxılış siniflərini dərslə yükləməlidirlər ki, marta qədər proqramı başa çatdırsınlar. Nəticədə gərgin situasiya yarana bilər. Ona görə də hər il imtahan vaxtı dəyişdirilməməlidir.Buraxılış imtahanları nə vaxt keçiriləcək? TarixlərBir müddət öncə Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.Qurumun saytında yer alan məlumata görə, 11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq.9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel-1 mayda olması planlaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_181:0:2910:2047_1920x0_80_0_0_bcf120996cae0fa0e739641679273732.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dim-lə təhsil nazirliyinin amorf qərarı şagirdləri kor edir!
dim-lə təhsil nazirliyinin amorf qərarı şagirdləri kor edir!
BAKI, 25 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) bu il buraxılış imtahanlarını mart ayında keçirməsi buraxılış siniflərinin imtahandan sonra məktəbə getməsinin məqsədəuyğun olub-olmadığı barədə sual yaradıb. Elə məzunlar da buraxılış imtahanlarından sonra məktəbə getməyin bir mənası olmadığı qənaətindədirlər.
İmtahandan sonra nə məktəb?
Bu il 11-ci sinifdə təhsil alan Əsgərova Mədinə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buraxılış sinfi olduğundan əsas diqqəti hazırlıqlara yönəldib. Buraxılış imtahanı verdikdən sonra məktəbə getməkdə isə bir məna görmür. Sorğu apardığımız digər məzunlar da bildirdilər ki, buraxılış imtahanları dərs ili başa çatmamış keçirilirsə, imtahandan sonra məhz buraxılış sinifləri məktəbə getsə belə, formal xarakter daşıyacaq.
Dərs ilinin başlanma tarixi ilə bağlı səhv buraxmışıq?
Təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, proqram materialı başa çatmamış buraxılış imtahanlarının keçirilməsi ziddiyyət yaradır. Amma ekspert DİM-in bu məsələyə artıq açıqlama verdiyini, keçirilməyən dərs mövzularının buraxılış imtahan suallarına salınmayacağını bildirib:
"Bu, attestat qiyməti deyil. Buraxılış imtahanı "kompetensiya"nın, yəni səriştənin yoxlanılmasına xidmət edən imtahandır. Attestat isə illik qiymətlər əsasında çıxarılır. O ki qaldı buraxılış siniflərinin məktəbə getməsinə lüzum qalmamasına, elə həmişə belə olub. Havalar bir az isinən kimi, şagirdlər dərsə dərsliksiz, çantasız gəliblər. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, biz vaxtilə dərs ilinin 15 gün uzadılması ilə bağlı səhv buraxmışıq.
2000-ci illərdə havaların isti keçməsi ilə əlaqədar dərs ilinin başlanma tarixini sentyabrın 15-nə çəkdilər. Ona görə avtomatik olaraq tədris ili müddəti iyunun 15-nə gəlib çıxdı. Biz iki həftə qazandığımızı düşünsək də, əslində sentyabrın 1-dən dərslərin başlanması ilə uduzmazdıq. Dərs sentyabrın 1-də başlayıb, mayın sonunda başa çatardı. Bəzi mütəxəssislər hesab edirlər ki, dünyada tədris saatı 38-40 saatdır. Bizdə isə 34-35 saata çatır".
"Dərs ilinin uzadılması dərsin keyfiyyətinə təsir göstərmir"
Ekspert bildirir ki, dərs ilinin uzadılması əslində tədrisin keyfiyyətinə heç bir təsir göstərmir. Onun sözlərinə görə, keyfiyyət müddətlə ölçülən məsələ deyil:
"Hazırlıq kursları öz nümunələrində göstərirlər ki, məktəbin bir ilə öyrətdiklərini şagirdlərə bir aya mənimsədə bilirlər. Ona görə də bu məsələni nizama salmaq üçün dərs ilinin başlama müddətini sentyabrın 1-nə çəkmək lazımdır. Mən hesab edirəm ki, sentyabrın 1-i sovet təhsilindən miras qalan məsələ deyil.
Hər ölkədə dərs ilinin başlama müddəti bütün ölkələrdə fərqlidir. Amma biz dərs ilinə sentyabrın 1-də başlasaq, normal şəkildə mayın sonu dərs ilini başa çatdıra bilərik. Şagirdlər də məktəbə həvəssiz, davamiyyət xətrinə gəlməzlər. Çox təəssüf ki, tədris planlarında edilən dəyişikliklər belə bir mənzərə yaratdı".
Nazirliklə DİM-in qrafiki üst-üstə düşmür
N.İsrafilov deyir ki, DİM-in qrafiki ilə dərs proqramı fərqlidir. Bu isə ortaya belə bir mənzərə çıxarır:
"Azərbaycanda iki dəfə imtahanın keçirilməsi qrafiki sıxlaşdırır. Bundan əlavə, abituriyentlər qabiliyyət imtahanı da verirlər. Ona görə belə problemlər ortaya çıxır. Martda imtahandan sonra oxumağa ehtiyacın qalmamasına gəlincə, bu yazı vərdişlərini yoxlamaq məqsədi daşıyır. Dünyanın elə ölkələri var ki, orada ali məktəbə qəbul attestat qiyməti ilə aparılır. Bizdə də ilbəil qiymətlər təkmilləşir. İmtahan modelində dəyişikliklər aparılır.
Açıq testlərin daha çox salınması prosesi aparılır. Bu səbəbdən də imtahanların suallarının yoxlanılmasına daha çox zaman sərf edilir. Nəticədə DİM buraxılış imtahanlarının tarixini dərs ili başa çatmazdan öncəyə təyin edir ki, sualları yoxlayıb başa çatdırmağa vaxt çatsın".
Açıq suallar vaxtı daraldır
DİM də buraxılış imtahanlarının dərs ili başa çatmazdan öncəyə təyin edilməsini məhz belə əsaslandırır.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, imtahanda yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. "Həmin cavabların yoxlanılması isə bir aydan çox vaxt tələb edir. Buna görə buraxılış imtahanlarının tarixi əvvələ çəkilir ki, cavabların yoxlanılmasına vaxt çatsın".
Amma X.Xanlarzadə DİM tərəfindən keçirilən imtahanlarda tədris planlarının, qüvvədə olan dərsliklərin və qəbul proqramlarının həmişə nəzərə alındığını söyləyir. Onun sözlərinə görə, buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq.
Buraxılış imtahanından sonra iki imtahan gəlir
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə hesab edir ki, 9-11-ci sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı verdikdən sonra da dərsə getməlidirlər. Şura sədri bunu zəruri hesab edir:
"Bizdə imtahanlar iki mərhələdə keçirilir. Buraxılış imtahanlarına mart ayına kimi keçirilmiş mövzular salınır. Amma qəbul imtahanlarına martdan sonra keçirilmiş mövzulardan da suallar əlavə edilir. Buna görə buraxılış sinifləri imtahandan sonra dərsə davam etməlidirlər ki, o mövzuları mənimsəyə bilsinlər".
G.Səfərova 9-11-ci sinif şagirdlərinin buraxılış imtahanlarından sonra tədrisə davam etməsinə məktəb direktorları tərəfindən nəzarət edilməli olduğunu bildirir.
Məlumat üçün bildirək ki, ölkəmizdə ali məktəblərə qəbulun iki mərhələli aparılması nəzərdə tutulsa da, keçən il imtahan birmərhələli keçirildi.
Onu da qeyd edək ki, buraxılış sinifləri buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmədən (BSQ) də keçməlidirlər. Bu isə imtahandan sonra imtahan anlamına gəlir.
Təhsil Nazirliyindən bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.
İmtahan tarixləri ilə oynamaq olmaz
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi buraxılış sinif şagirdlərinin martdan sonra məktəbə getməməsinə əsas verir: "Buraxılış sinif şagirdləri deyə bilərlər ki, mən imtahanı vermişəm, martdan sonra məktəbə niyə getməliyəm? Ona görə də vaxt məsələsində dəyişikliyə ehtiyac var".
Ekspert deyir ki, imtahan tarixləri altı ay öncədən elan edilməlidir ki, abituriyentlər hazırlıqlı olsunlar: "DİM bununla sanki isbat etmiş oldu ki, şagirdlərin orta məktəb biliklərini yox, hazırlıq kurslarında, repetitor yanında əldə etdikləri bilikləri yoxlayacaqlar. Çünki orta məktəb iki həftə gec başlayıb. Bundan əlavə, yoluxma hallarına görə bəzi məktəblər 14 gün müddətinə karantinə bağlandı. Bütün bunlar nəzərə alınmalı idi".
K.Əsədov bildirir ki, hazırki imtahan cədvəli ilə buraxılış siniflərinə bir aydan bir qədər çox vaxt qalır. Nəticədə onlarda gərginliyə səbəb olacaq: "Repetitor və hazırlıq kursları planı qurmuşdular ki, may ayına qədər hazırlıq proqramını başa çatdıracaqlar. DİM-in qərarından sonra onlar proqramı sıxlaşdırmalı, yaxud da buraxılış siniflərini dərslə yükləməlidirlər ki, marta qədər proqramı başa çatdırsınlar. Nəticədə gərgin situasiya yarana bilər. Ona görə də hər il imtahan vaxtı dəyişdirilməməlidir.
Buraxılış imtahanları nə vaxt keçiriləcək? Tarixlər
Bir müddət öncə Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
Qurumun saytında yer alan məlumata görə, 11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.
11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq.
9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel-1 mayda olması planlaşdırılıb.