Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanlarının tarixləri açıqlanıb - CƏDVƏL

© Sputnik / Murad OrujovВступительные экзамены в вузы по II и III группам специальностей
Вступительные экзамены в вузы по II и III группам специальностей - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
BAKI, 24 yanvar - Sputnik. Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
Sputnik Azərbaycan bildirir ki, qurumun saytında yer alan məlumata görə, 11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.
11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq.
9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel- 1 mayda olması planlaşdırılıb.

Tarix

İmtahanın adı

İmtahan yeri

5 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi

6 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı

6 mart

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı

Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28

12 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz

13 mart

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri

13 mart

Dövlət qulluğuna qəbul imtahanı (A növü)

Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28

2 və 3 aprel

·əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

·müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;

Məlumat veriləcək

·qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;

·eksternat qaydasında buraxılış imtahanı (11 illik)

10 aprel

·Dövlət qulluğuna qəbul imtahanı (B növü)

·Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı

Məlumat veriləcək

16 və 17 aprel

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona)

Məlumat veriləcək

23 və 24 aprel

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona)

Məlumat veriləcək

30 aprel və 1 may

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona)

Məlumat veriləcək

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Qeyd 2: Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0