Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İrana gedənlərimiz azaldı, Türkiyə və Rusiyaya isə artdı - RƏQƏMLƏR

© AP Photoİran sərhəd-keçid məntəqəsi
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalıb.
BAKI, 24 yanvar — Sputnik. Ötən il Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər edib. Gələnlərin 82 faizini kişilər, 18 faizini qadınlar təşkil edib.
Ən çox Rusiya vətəndaşları gəlib
2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olub.
BƏƏ-dən gələnlərin sayı 2,2 dəfə artıb
2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.
Avropa İttifaqından gələnlərin sayı da çoxalıb
2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.
Əcnəbilərin 50 faizi dəmiryolu və avtomobildən istifadə edib
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmiryolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xaricə gedənlərin sayı azalıb
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub.
İrana gedənlər azalıb, Türkiyəyə isə artıb
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 7,8 faiz artıb.
Ölkə vətəndaşları ən çox Türkiyəyə gediblər
Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bölgələrdə hava limanları və beynəlxalq "yağlı tikə": Necə edək ki, onlara da çatsın?
Palçıq vulkanlarının daha bir xeyri - video
Katex şəlaləsi turizm marşrutuna çevriləcək
Xəbər lenti
0