https://sputnik.az/20220124/rusiya-ile-nato-gerginliyi-neytralliq-niye-cetin-gorunur-438454771.html
Rusiya ilə NATO gərginliyi: neytrallıq niyə çətin görünür?
Rusiya ilə NATO gərginliyi: neytrallıq niyə çətin görünür?
Sputnik Azərbaycan
Əsas problem Alyansın özünün genişlənməsində deyil, bu qurumun çoxtərkibli dövlətlərdə möhkəmlənmə cəhdindədir.
2022-01-24T22:54+0400
2022-01-24T22:54+0400
2022-01-24T22:54+0400
nato
rusiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_0:160:3072:1888_1920x0_80_0_0_9fb607f1c276803676b917b95705b557.jpg
BAKI, 24 yanvar — Sputnik, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, "Beynəlxalq analitika" jurnalının baş redaktoru Sergey Markedonov – Sputnik üçün.2022-ci ilin yanvar ayının sonları kollektiv Qərblə Rusiya nümayəndələri arasında intensiv danışıqlarla yadda qaldı. ABŞ, Avropa İttifaqına üzv dövlətlərin diplomatları, NATO-nun yüksək rütbəli məmurları Moskvanın təhlükəsizlik zəmanətləri təşəbbüsünə ümumi reaksiya xətti qurmağa çalışırlar. Bu gün hər hansı nəticə əldə olunmasından danışmaq mümkün deyil.ABŞ, ona müttəfiq ölkələrdən olan siyasi məruzəçilər NATO üçün "açıq qapı siyasəti" və alyansa daxil olmayan ölkə olan Rusiya üçün onun genişlənməsinə de-fakto veto qoyulmasının qeyri-mümkün olması tezisini dəfələrlə təkrarlayıblar.Rusiya tərəfindən isə belə arqument gətirilir ki, hərbi blok öz təbiəti etibarı ilə "demokratik birləşmə" ola bilməz. Üstəlik, hər hansı ölkənin inteqrasiya birliyinə qoşulmaqla bağlı mütləq hüququ ola bilməz. O, ən azından bəzi səbəblərdən hərbi alyansa qoşulmaq istəməyən oyunçuların da maraqlarını nəzərə almalıdır. Əks halda, təhlükəsizliyin bölünməzliyi kimi fundamental prinsip pozulacaq.Əslində, hər kəs üçün oyun qaydalarını təyin edən imtiyazlı üzvlər klubu meydana çıxır. Əsas mövqelərin kökündən fərqli olmasına baxmayaraq, nə Rusiya, nə də Qərb danışıqlardan geri çəkilməyə tələsir. Moskva təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsə yazılı cavab gözləyir. Şimali Atlantika Alyansına üzv ölkələrin nazirlərinin də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə növbəti məsləhətləşmələr üçün Moskvaya səfərə gəlməsi nəzərdə tutulub.Çətin qonşuluqBütün bu görüş, danışıqlar, şərhlər, bəyanatların arasında postsovet məkanındakı vəziyyətin Avropa gündəminin prioriteti olduğunu görməmək mümkün deyil.ABŞ, onun tərəfdaşları bir tərəfdən özlərinə məxsus şəkildə diplomatik "çəpərləmə" aparmağa, danışıqların mövzusunu Ukraynaya, "Rusiyanın işğalı təhlükəsi"nə kimi daraltmağa çalışırlar. Motiv aydındır: söhbəti Avropa təhlükəsizliyinin ümumi problemlərindən, prinsiplərindən ayrıca bir istiqamətə yönəltmək, rəqibi müdafiə xətti tutmağa, bəhanələr uydurmağa, reaksiya verməyə məcbur etmək.Ancaq Rusiya üçün yaxın xaricdə təhlükəsizliyin təminatı – mühüm başlanğıc mövqeyidir, bunsuz Moskvanı narahat edən hər şeydən, həm də dərhal danışmaq çox çətindir.Bundan başqa, NATO ilə münasibətdə əsaslı üç böhrandan ikisi məhz postsovet gündəmi üzündən yaranıb. Xatırladaq ki, onlardan birincisi, 1999-cu ilin mart-iyun aylarında NATO-nun keçmiş Yuqoslaviyaya müdaxiləsi, ikincisi Gürcüstanda "beş günlük müharibə", üçüncüsü Ukrayna böhranının başlaması ilə baş verdi.Sovet Sosialist Respublikaları İttifaqı, Yuqoslaviya Federativ Sosialist Respublikasının dağılması zamanı baş verən hadisələrin miqyasını nəzərə alsaq, postsovet gündəminin ümumi Avropa təhlükəsizliyi ilə nə qədər bağlı olduğu anlaşılar.Soyuq müharibənin qızğın dövründə ABŞ prezidenti Ronald Reyqan haqlı dəyərləndirmə aparmışdı: "Əgər biz özümüzü müdafiə edə bilməsək (Mərkəzi Amerikada), başqa yerlərdə qələbə qazanacağımıza bel bağlaya bilməzdik. Bizim nüfuzumuz, ittifaqlarımız, vətənimizin təhlükəsizliyi sarsılardı".Hər bir ölkə üçün qonşu ərazilər xüsusi maraq zonası hesab olunur. 2021-2022-ci illərdə Qərbin "təsir dairələri" və "təftişçilik" praktikasını inkişaf etdirməkdə ittiham olunan Rusiya əslində hansısa xüsusi yenilik etmir. Reyqanın sözlərini Rəcəb Tayyib Ərdoğan da Türkiyənin Kiprlə Suriyadakı, ya da Narendra Modi Hindistanın Şri-Lanka, Maldivlərdəki maraqları haqqında deyə bilər.Axı NATO-nun keçmiş SSRİ ərazisinə gəlişinin beynəlxalq münasibətlər nəzəriyyəçilərinin adətən vurğuladıqları kimi Rusiyanın təsirinin azalmasından, Qərbin təsirinin artmasından başqa nə təhlükəsi var?Əsas problem Alyansın özünün genişlənməsində deyil, bu qurumun çoxtərkibli dövlətlərdə möhkəmlənmə cəhdindədir. Belə dövlətlərin yalnız əhalisi etnik tərkibinə görə müxtəlif deyil, həmin ölkələrdə həm də milli özünüdərk prosesi formalaşmayıb, beynəlxalq fəaliyyətə cəlb olunma təcrübələri azdır, xarici siyasət perspektivləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur.NATO-ya daxil olmaq üçün "Açıq qapılar siyasətini" dəstəkləyənlər arasında Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünün tam təmin olunmasının vacibliyini dəstəkləyənlər üstünlük təşkil edir.Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə (2021-ci ili dekabr ayına olan), əhalinin 59,2%-i Ukraynanın NATO-ya girməsinə səs vermək istəyərdi. Cəmi 28,1 faiz buna qarşı çıxmaq istədiyini bildirib. Üstəlik Rusiya işğalının perspektivlərini, onun qarşısının alınmasında Şimali Atlantika Alyansının xilasedici rolunu əks etdirən sərt məlumat kampaniyası kontekstində.Ancaq bütün bunlara baxmayaraq, Ukraynanın mövqeyinin müəyyən edilməsində ərazi parçalanmasının (ölkənin qərbində və mərkəzində NATO-ya inteqrasiya tərəfdarları daha çox, şərqdə isə müxaliflər üstünlük təşkil edir) və əhəmiyyətli dərəcədə rədd edilməsi davam edərək bütövlükdə NATO-dan imtinada müəyyən faiz özünü göstərir.Üstəlik, bütün bunlara məhəl qoymamaq üçün əvvəlki cəhdlər, sadəcə olaraq, bir sıra postsovet ölkələrində daxili münaqişələrə və Rusiya Federasiyasının onların işlərinə daha fəal qarışmasına səbəb oldu. Buradan son dərəcə mühüm bir tezis ortaya çıxır: NATO-nun öz sərhədlərinə doğru irəliləməsindən çəkinən təkcə Rusiya deyil, həm də Rusiya Federasiyasına qonşu ölkələrdə əhalinin müxtəlif qrupları NATO-ya can atmaların nəzarət və tarazlıqda qalmasında maraqlıdırlar.Daxili ziddiyyətlərin geosiyasi rəqabət amili ilə, eləcə də hakimiyyət uğrunda mübarizədə kənar oyunçuların qarşıdurmasından istifadə cəhdləri ilə tamamlanması son dərəcə təhlükəlidir.Postsovet məkanının təhlükəsizliyini ümumi Şimali Atlantik məxrəcinə qədər endirmək cəhdləri münaqişəni azaltmır, əksinə artırır. Öz növbəsində, SSRİ respublikalarından yeni tamhüquqlu dövlətlərə keçidin başa çatmasını çətinləşdirir.Məqsəd deyil, amma əsl sənətdirAncaq Alyansa qoşulmaqla həddən artıq yüksək gözləntilərə nə qədər tənqidi qiymətlər verilsə də, inkar pafosu yetərli deyil. Alternativləri müzakirə etmək, təklif etmək son dərəcə vacibdir.Ən asan yol - Əsas Qanun səviyyəsində neytral ölkə elan olunan Moldovadadır. Bununla belə, bəyannamədən həyata keçirməyə qədər olan məsafə heç də həmişə qısa deyil.Hətta 2008-ci ilin yanvarında NATO-ya üzvlüklə bağlı ümumxalq referendumunun keçirildiyi, həmçinin ona dəstək verilən Gürcüstanda da neytrallıq müzakirə olunur.Ukraynanın bloksuz statusu partiyaların və əsas hərəkatların proqramlarında olmasa da, bu ölkənin xarici siyasət müzakirələrində də mövcuddur. 2019-cu ilin prezident seçkilərində 11,68% səslə dördüncü yeri tutan, bir çox qərbliləri qabaqlayan Yuri Boyko da bu mövzuya müraciət edib.Ancaq belə fikirlər Rusiya Federasiyasına qonşu ölkədə 10-15% vətəndaşın ağlına yerisə də, dünya arenasında əsas oyunçular arasında təcrübə kimi problemli olacaq.Bu günlərdə çoxları Avstriya, İsveçrə və ya Finlandiyanın uğurlu təcrübəsindən danışırlar. İsveçrəli tədqiqatçı Olivye Myovlinin sözlərinə görə, "neytrallıq ölkəmizin bu və ya digər münaqişəyə cəlb olunmaqdan çəkinməklə yanaşı, həm də başqalarına özünün "xeyirxah xidmətlər" adlanan, yəni vasitəçilik və arbitraj kimi təqdim etdiyi imkanı əldə edə bilməsi sayəsində amil oldu.Yeri gəlmişkən, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər olmadığı halda onların ünsiyyətini təmin edən ölkə məhz İsveçrə oldu. İsveçrə diplomatları Rusiyanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlarda Gürcüstan tərəfdən iddiaların qaldırılması barədə razılığa gəlməklə əhəmiyyətli rol oynayıblar.Bununla belə, İsveçrənin neytrallığı Vyana Konqresinin, "Avropa Konserti" sisteminin formalaşmasının nəticəsi oldu. Ancaq 1955-ci ildə müəyyən edilmiş Avstriya neytrallığı isə Yalta-Potsdam sülhünün iki qütbü olan SSRİ ilə ABŞ-ın prinsipial razılığı olmadan çətin ssenari olardı.Tanınmış danimarkalı beynəlxalq politoloq Hans Mourittsen "Finlandiyalaşmanın çətin yolu" adlı sensasiyalı məqaləsində İkinci Dünya müharibəsindən sonra Helsinkinin seçdiyi yolun kiçik ölkələr üçün aktual olan "zövq üçün deyil, praqmatik kurs" olduğunu bildirib. Qeyd edək ki, bu gün həm Avstriyada, həm də Finlandiyada NATO-ya (hər iki dövlət artıq Aİ-yə daxil olub) qoşulmağın zəruriliyi, mümkünlüyü barədə çoxlu müzakirələr gedir. Neytrallıq bəzi siyasətçilər, ekspertlər tərəfindən bugünkü Ukrayna, yaxud Gürcüstan üçün arzuolunmaz olan təslimçilik kursu kimi qiymətləndirilir.Neytrallıq dərdə dərman deyil, hər ölkə, region üçün fərdi olan daxili, beynəlxalq amillərin mürəkkəb birləşməsidir. Avstriyalı mütəxəssis Aleksandr Dubovinin haqlı olaraq qeyd etdiyi kimi, bu, məqsəd, "dövlət strategiyasının əvəzi" deyil. Buna baxmayaraq, tədqiqatçı "dövlətçiliyin gələcəyini, çoxmillətli icmaların milli maraqlarının, habelə bu ölkələrin regiondakı rolunun və beynəlxalq münasibətlərin əsas aktorları ilə münasibətlərinin başlanğıc nöqtəsi, müzakirələrin katalizatoru kimi xidmət edə bilməsinin" neytrallıq haqqında müzakirəsini davam edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_171:0:2902:2048_1920x0_80_0_0_39a205a1069f8a77a0f2d0b438823147.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya ilə nato gərginliyi: neytrallıq niyə çətin görünür?
rusiya ilə nato gərginliyi: neytrallıq niyə çətin görünür?
Rusiya ilə NATO gərginliyi: neytrallıq niyə çətin görünür?
Əsas problem Alyansın özünün genişlənməsində deyil, bu qurumun çoxtərkibli dövlətlərdə möhkəmlənmə cəhdindədir. Belə dövlətlərin yalnız əhalisi etnik tərkibinə görə müxtəlif deyil, həmin ölkələrdə həm də milli özünüdərk prosesi formalaşmayıb.
BAKI, 24 yanvar — Sputnik, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, "Beynəlxalq analitika" jurnalının baş redaktoru Sergey Markedonov – Sputnik üçün.
2022-ci ilin yanvar ayının sonları kollektiv Qərblə Rusiya nümayəndələri arasında intensiv danışıqlarla yadda qaldı. ABŞ, Avropa İttifaqına üzv dövlətlərin diplomatları, NATO-nun yüksək rütbəli məmurları Moskvanın təhlükəsizlik zəmanətləri təşəbbüsünə ümumi reaksiya xətti qurmağa çalışırlar. Bu gün hər hansı nəticə əldə olunmasından danışmaq mümkün deyil.
ABŞ, ona müttəfiq ölkələrdən olan siyasi məruzəçilər NATO üçün "açıq qapı siyasəti" və alyansa daxil olmayan ölkə olan Rusiya üçün onun genişlənməsinə de-fakto veto qoyulmasının qeyri-mümkün olması tezisini dəfələrlə təkrarlayıblar.
Rusiya tərəfindən isə belə arqument gətirilir ki, hərbi blok öz təbiəti etibarı ilə "demokratik birləşmə" ola bilməz. Üstəlik, hər hansı ölkənin inteqrasiya birliyinə qoşulmaqla bağlı mütləq hüququ ola bilməz. O, ən azından bəzi səbəblərdən hərbi alyansa qoşulmaq istəməyən oyunçuların da maraqlarını nəzərə almalıdır. Əks halda, təhlükəsizliyin bölünməzliyi kimi fundamental prinsip pozulacaq.
Əslində, hər kəs üçün oyun qaydalarını təyin edən imtiyazlı üzvlər klubu meydana çıxır. Əsas mövqelərin kökündən fərqli olmasına baxmayaraq, nə Rusiya, nə də Qərb danışıqlardan geri çəkilməyə tələsir. Moskva təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsə yazılı cavab gözləyir. Şimali Atlantika Alyansına üzv ölkələrin nazirlərinin də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə növbəti məsləhətləşmələr üçün Moskvaya səfərə gəlməsi nəzərdə tutulub.
Bütün bu görüş, danışıqlar, şərhlər, bəyanatların arasında postsovet məkanındakı vəziyyətin Avropa gündəminin prioriteti olduğunu görməmək mümkün deyil.
ABŞ, onun tərəfdaşları bir tərəfdən özlərinə məxsus şəkildə diplomatik "çəpərləmə" aparmağa, danışıqların mövzusunu Ukraynaya, "Rusiyanın işğalı təhlükəsi"nə kimi daraltmağa çalışırlar. Motiv aydındır: söhbəti Avropa təhlükəsizliyinin ümumi problemlərindən, prinsiplərindən ayrıca bir istiqamətə yönəltmək, rəqibi müdafiə xətti tutmağa, bəhanələr uydurmağa, reaksiya verməyə məcbur etmək.
Ancaq Rusiya üçün yaxın xaricdə təhlükəsizliyin təminatı – mühüm başlanğıc mövqeyidir, bunsuz Moskvanı narahat edən hər şeydən, həm də dərhal danışmaq çox çətindir.
Bundan başqa, NATO ilə münasibətdə əsaslı üç böhrandan ikisi məhz postsovet gündəmi üzündən yaranıb. Xatırladaq ki, onlardan birincisi, 1999-cu ilin mart-iyun aylarında NATO-nun keçmiş Yuqoslaviyaya müdaxiləsi, ikincisi Gürcüstanda "beş günlük müharibə", üçüncüsü Ukrayna böhranının başlaması ilə baş verdi.
Sovet Sosialist Respublikaları İttifaqı, Yuqoslaviya Federativ Sosialist Respublikasının dağılması zamanı baş verən hadisələrin miqyasını nəzərə alsaq, postsovet gündəminin ümumi Avropa təhlükəsizliyi ilə nə qədər bağlı olduğu anlaşılar.
Soyuq müharibənin qızğın dövründə ABŞ prezidenti Ronald Reyqan haqlı dəyərləndirmə aparmışdı: "Əgər biz özümüzü müdafiə edə bilməsək (Mərkəzi Amerikada), başqa yerlərdə qələbə qazanacağımıza bel bağlaya bilməzdik. Bizim nüfuzumuz, ittifaqlarımız, vətənimizin təhlükəsizliyi sarsılardı".
Hər bir ölkə üçün qonşu ərazilər xüsusi maraq zonası hesab olunur. 2021-2022-ci illərdə Qərbin "təsir dairələri" və "təftişçilik" praktikasını inkişaf etdirməkdə ittiham olunan Rusiya əslində hansısa xüsusi yenilik etmir. Reyqanın sözlərini Rəcəb Tayyib Ərdoğan da Türkiyənin Kiprlə Suriyadakı, ya da Narendra Modi Hindistanın Şri-Lanka, Maldivlərdəki maraqları haqqında deyə bilər.
Axı NATO-nun keçmiş SSRİ ərazisinə gəlişinin beynəlxalq münasibətlər nəzəriyyəçilərinin adətən vurğuladıqları kimi Rusiyanın təsirinin azalmasından, Qərbin təsirinin artmasından başqa nə təhlükəsi var?
Əsas problem Alyansın özünün genişlənməsində deyil, bu qurumun çoxtərkibli dövlətlərdə möhkəmlənmə cəhdindədir. Belə dövlətlərin yalnız əhalisi etnik tərkibinə görə müxtəlif deyil, həmin ölkələrdə həm də milli özünüdərk prosesi formalaşmayıb, beynəlxalq fəaliyyətə cəlb olunma təcrübələri azdır, xarici siyasət perspektivləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur.
NATO-ya daxil olmaq üçün "Açıq qapılar siyasətini" dəstəkləyənlər arasında Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünün tam təmin olunmasının vacibliyini dəstəkləyənlər üstünlük təşkil edir.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə (2021-ci ili dekabr ayına olan), əhalinin 59,2%-i Ukraynanın NATO-ya girməsinə səs vermək istəyərdi. Cəmi 28,1 faiz buna qarşı çıxmaq istədiyini bildirib. Üstəlik Rusiya işğalının perspektivlərini, onun qarşısının alınmasında Şimali Atlantika Alyansının xilasedici rolunu əks etdirən sərt məlumat kampaniyası kontekstində.
Ancaq bütün bunlara baxmayaraq, Ukraynanın mövqeyinin müəyyən edilməsində ərazi parçalanmasının (ölkənin qərbində və mərkəzində NATO-ya inteqrasiya tərəfdarları daha çox, şərqdə isə müxaliflər üstünlük təşkil edir) və əhəmiyyətli dərəcədə rədd edilməsi davam edərək bütövlükdə NATO-dan imtinada müəyyən faiz özünü göstərir.
Üstəlik, bütün bunlara məhəl qoymamaq üçün əvvəlki cəhdlər, sadəcə olaraq, bir sıra postsovet ölkələrində daxili münaqişələrə və Rusiya Federasiyasının onların işlərinə daha fəal qarışmasına səbəb oldu. Buradan son dərəcə mühüm bir tezis ortaya çıxır: NATO-nun öz sərhədlərinə doğru irəliləməsindən çəkinən təkcə Rusiya deyil, həm də Rusiya Federasiyasına qonşu ölkələrdə əhalinin müxtəlif qrupları NATO-ya can atmaların nəzarət və tarazlıqda qalmasında maraqlıdırlar.
Daxili ziddiyyətlərin geosiyasi rəqabət amili ilə, eləcə də hakimiyyət uğrunda mübarizədə kənar oyunçuların qarşıdurmasından istifadə cəhdləri ilə tamamlanması son dərəcə təhlükəlidir.
Postsovet məkanının təhlükəsizliyini ümumi Şimali Atlantik məxrəcinə qədər endirmək cəhdləri münaqişəni azaltmır, əksinə artırır. Öz növbəsində, SSRİ respublikalarından yeni tamhüquqlu dövlətlərə keçidin başa çatmasını çətinləşdirir.
Məqsəd deyil, amma əsl sənətdir
Ancaq Alyansa qoşulmaqla həddən artıq yüksək gözləntilərə nə qədər tənqidi qiymətlər verilsə də, inkar pafosu yetərli deyil. Alternativləri müzakirə etmək, təklif etmək son dərəcə vacibdir.
Ən asan yol - Əsas Qanun səviyyəsində neytral ölkə elan olunan Moldovadadır. Bununla belə, bəyannamədən həyata keçirməyə qədər olan məsafə heç də həmişə qısa deyil.
Hətta 2008-ci ilin yanvarında NATO-ya üzvlüklə bağlı ümumxalq referendumunun keçirildiyi, həmçinin ona dəstək verilən Gürcüstanda da neytrallıq müzakirə olunur.
Ukraynanın bloksuz statusu partiyaların və əsas hərəkatların proqramlarında olmasa da, bu ölkənin xarici siyasət müzakirələrində də mövcuddur. 2019-cu ilin prezident seçkilərində 11,68% səslə dördüncü yeri tutan, bir çox qərbliləri qabaqlayan Yuri Boyko da bu mövzuya müraciət edib.
Ancaq belə fikirlər Rusiya Federasiyasına qonşu ölkədə 10-15% vətəndaşın ağlına yerisə də, dünya arenasında əsas oyunçular arasında təcrübə kimi problemli olacaq.
Bu günlərdə çoxları Avstriya, İsveçrə və ya Finlandiyanın uğurlu təcrübəsindən danışırlar. İsveçrəli tədqiqatçı Olivye Myovlinin sözlərinə görə, "neytrallıq ölkəmizin bu və ya digər münaqişəyə cəlb olunmaqdan çəkinməklə yanaşı, həm də başqalarına özünün "xeyirxah xidmətlər" adlanan, yəni vasitəçilik və arbitraj kimi təqdim etdiyi imkanı əldə edə bilməsi sayəsində amil oldu.
Yeri gəlmişkən, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər olmadığı halda onların ünsiyyətini təmin edən ölkə məhz İsveçrə oldu. İsveçrə diplomatları Rusiyanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlarda Gürcüstan tərəfdən iddiaların qaldırılması barədə razılığa gəlməklə əhəmiyyətli rol oynayıblar.
Bununla belə, İsveçrənin neytrallığı Vyana Konqresinin, "Avropa Konserti" sisteminin formalaşmasının nəticəsi oldu. Ancaq 1955-ci ildə müəyyən edilmiş Avstriya neytrallığı isə Yalta-Potsdam sülhünün iki qütbü olan SSRİ ilə ABŞ-ın prinsipial razılığı olmadan çətin ssenari olardı.
Tanınmış danimarkalı beynəlxalq politoloq Hans Mourittsen "Finlandiyalaşmanın çətin yolu" adlı sensasiyalı məqaləsində İkinci Dünya müharibəsindən sonra Helsinkinin seçdiyi yolun kiçik ölkələr üçün aktual olan "zövq üçün deyil, praqmatik kurs" olduğunu bildirib. Qeyd edək ki, bu gün həm Avstriyada, həm də Finlandiyada NATO-ya (hər iki dövlət artıq Aİ-yə daxil olub) qoşulmağın zəruriliyi, mümkünlüyü barədə çoxlu müzakirələr gedir. Neytrallıq bəzi siyasətçilər, ekspertlər tərəfindən bugünkü Ukrayna, yaxud Gürcüstan üçün arzuolunmaz olan təslimçilik kursu kimi qiymətləndirilir.
Neytrallıq dərdə dərman deyil, hər ölkə, region üçün fərdi olan daxili, beynəlxalq amillərin mürəkkəb birləşməsidir. Avstriyalı mütəxəssis Aleksandr Dubovinin haqlı olaraq qeyd etdiyi kimi, bu, məqsəd, "dövlət strategiyasının əvəzi" deyil. Buna baxmayaraq, tədqiqatçı "dövlətçiliyin gələcəyini, çoxmillətli icmaların milli maraqlarının, habelə bu ölkələrin regiondakı rolunun və beynəlxalq münasibətlərin əsas aktorları ilə münasibətlərinin başlanğıc nöqtəsi, müzakirələrin katalizatoru kimi xidmət edə bilməsinin" neytrallıq haqqında müzakirəsini davam edib.