CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəsəbədə qaz və işıq olsa da, uşaq bağçaları odunla qızdırılır

© AP Photo / Marco UgarteUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Rayonun böyük yaşayış məntəqələrindən biri olan Çinarlı qəsəbəsinin qaz və elektrik təchizatı qaydasında olsa da, burada olan uşaq bağçaları istiliklə təmin olunmayıb.
BAKI, 24 yanvar — Sputnik. Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında istilik sisteminin olmaması sakinləri narahat edir. Rayonun böyük yaşayış məntəqələrindən biri olan Çinarlı qəsəbəsinin qaz və elektrik təchizatı qaydasında olsa da, burada olan uşaq bağçaları istiliklə təmin olunmayıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, qrup otaqları maye yanacaqla və odunla qızdırılır.
Övladını qəsəbənin 4 saylı bağçasına qoyan Əli Quliyev körpələrin xalqımızın gələcəyi olduğunu, ona görə onların həyatı üçün istiliyin əsirgənməli olmadığını deyib:
© Sputnik / Ilham MustafayevŞəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında  - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
“Uşaqlar xalqımızın gələcəyidir. Biz onlarla nəfəs alırıq. Onlar üçün işıq da olmalıdır, qaz da olmalıdır, yemək də olmalıdır, ərzaqla təminat da olmalıdır. Bu, həmişə belə olub. İndi də olmalıdır”.
Digər sakin Elvir Ələsgərov da bir valideyn kimi övladının təmin olunmuş bağçada təhsil almasını istəyir:
© Sputnik / Ilham MustafayevŞəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında  - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
“Övladım gəlir bağçaya. İstilik sistemi düz-əməlli deyil. Odun yandırırlar, onun tüstüsü uşağın boğazına dolur. Kənddə qaz da var, işıq da var, ancaq qoşulmur. Buna gərək aidiyyatı orqanlar baxa, qazı, işığı təmin edə. Valideyn kimi istəyim odur ki, uşağım normal şəraitli bir yerdə böyüsün, normal bağçaya gedib-gəlsin”.
Bağça rəhbərliyi burada istilik sisteminin olmamasını binanın köhnəliyi ilə əlaqələndirib. 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Rahilə Bayramova binanın ötən əsrin 60-cı illərində tikildiyini, bu səbəbdən bağçaya qaz çəkilmədiyini bildirib:
© Sputnik / Ilham MustafayevŞəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında  - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçası
“Köhnə binalar olduğu üçün qaz çəkmək olmur. Neçə dəfə qaz idarəsinə müraciət etmişik. Əvvəllər dedilər istilik sistemi olmalıdır. Sonra dedilər o da olmaz. Təbii ki, istiliyin olması hər kəsin arzusudur. Bəlkə tədricən olacaq, onu deyə bilmərik”.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib. Ümid edirik ki, bu cür bağçalarda istilik sisteminin quraşdırılması istiqamətində yaxın gələcəkdə işlərə başlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
DİN-dən uşaq evindəki insidentlə bağlı açıqlama - VİDEO
Təhsil Nazirliyi uşaq bağçalarının müdirləri ilə bağlı qərar verdi
Tərbiyəçi və tərbiyəsi - Uşaq təhsil alsın deyə döyülməlidir?
Xəbər lenti
0