CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN-dən uşaq evindəki insidentlə bağlı açıqlama - VİDEO

Bağça - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.
BAKI, 19 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı uşaq evlərindən birində tərbiyəçi ilə valideyn arasında baş verən insidentə münasibət bildirib. Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".
Qeyd edək ki, Bakıda uşaq evində əlbəyaxa davanın görüntüləri yayılıb. Hadisə anı müşahidə kameralarına əks olunub. Faktla bağlı araşdırma aparılır. Əlbəyaxa davanın görüntülərini təqdim edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Müəllimin vurduğu yerdə gül bitər"?! - Video
Şagirdi necə döyməli?
"Məktəblinin dostu" kimin dostu olmalıdır? Direktorun, yoxsa döyülən məktəblinin?
Xəbər lenti
0