Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət Nazirliyindən "Şuşa" KVN komandası ilə bağlı açıqlama

© Sputnik / Михаил Патлис / Mediabanka keçidKVN-nin loqosu, arxiv şəkli
KVN-nin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
BAKI, 24 yanvar — Sputnik. Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının adının "Buta" ilə əvəzlənməsi günlərdir müzakirə mövzusudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.
Sputnik Azərbaycan xəbər verir ki, artıq Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: "Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur", - nazirliyin mətbuata açıqlamasında deyilir.
"KiViN" beynəlxalq festivalı 1990-cı ildən başlayaraq hər il Soçidə keçirilir. O, bir neçə turdan ibarətdir. İlk turu Yüksək və Premyer liqaların komandaları açırlar. Sonra isə digər komandalar səhnəyə çıxır. Ancaq Yüksək liqanın finalçıları ikinci turun sonunda çıxış edirlər.
Rəsmi liqaların bütün iştirakçıları, statuslarından asılı olmayaraq, səhnədə 4,5 dəqiqədən artıq qala bilməzlər. Yeni iştirakçılar, eləcə də qeyri-rəsmi liqaların təmsilçiləri isə cəmi 3 dəqiqə çıxış edə bilərlər. Yüksək Liqa komandaları üçün xronometraj bu qədər sərt deyil.
Birinci turun nəticələrinə görə komandalara müxtəlif statuslar verirlər. İkinci turun nəticələri yaxşı olarsa, televiziya liqasına düşmək şansı var.
Eləcə də oxuyun:
* Ruben Jaqinyanın "Şuşa" kaprizinə Abbasovdan yeni açıqlama
* "Şuşa" komandası Soçidə necə çıxış edir - FOTO
Xəbər lenti
0