Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şuşa" komandası Soçidə necə çıxış edir - FOTO

© Sputnik / Михаил Патлис / Mediabanka keçidŞHK festivalı
ŞHK festivalı - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Müşviq Abbasovun yaratdığı ŞHK komandası Soçidə keçirilən beynəlxalq festivalın ikinci turuna adlayıb.
BAKI, 19 yanvar - Sputnik. Azərbaycanın "Şuşa" komandası Soçidə keçirilən "KiViN" Şən və Hazırcavablar Klubu (ŞHK) beynəlxalq festivalında iştirak edir. Festival yanvarın 12-də başlayıb, 23-dək davam edəcək.
Komandanın yaradıcısı ŞHK-nın əfsanəvi "Bakılı oğlanlar"ının ssenaristi, "Bu şəhərdə"nin prodüseri Müşviq Abbasovdur. O, komandaya böyük ümidlər bəsləyir. Onun gözləntiləri tədricən özünü doğruldur.
Soçidə keçirilən festival ŞHK-nın ən kütləvi tədbirlərindədndir. Bu, istənilən komanda üçün mövsüm başlanğıcıdır. Buraya hər il Rusiyadan və digər ölkələrdən 500-dən çox komanda gəlir.
Televiziya liqalarının komandaları Soçiyə statuslarını təsdiqlətməyə, daha təcrübəlilər isə Yüksək, Premyer, Birinci, Beynəlxalq liqalarda yer tutmağa, yaxud da mərkəzi liqalarda yollarını davam etməyə gəlirlər. Ən gənc komandalar regional və regionlararası liqalara düşmək üçün gəlirlər.
"Şuşa" komandası 2021-ci ildə yaradılıb. Ancaq üzvləri təcrübəlidir. Bunlar Azərbaycan ŞHK liqasının iştirakçıları - Ravil Mənsimov, Kənan Əzimzadə, Böyükağa Əliyev, eləcə də "Bakı yığması" komandasının tərkibində Yüksək Liqada iştirak edərək "Qara geyimli KiViN" ("Səsli KiViN) mükafatını qazanmış Nəriman Əliyevdir.
"Şuşa" komandası üçün ssenarini Rusiyada bir çox tanınan layihələrin iştirakçısı olan Cavid Qurbanov yazır. Bu dəfə festivalda "Şuşa" komandasının üzvləri yaxalarında xarı-bülbülü üks etdirən nişanlarla iştirak ediblər.
M.Abbasov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, komandaya Şuşa adını təsadüfən verməyib - bu şəhər Qarabağın incisi, bütöv bir ölkənin qələbə rəmzidir. Prodüser inanır ki, uşaqlar sona qədər gedə biləcəklər.
""Şuşa" komandasının ilk çıxışı uğurlu oldu. Altı komanda ilə birlikdə "Günün sışrayışı" nominasiyasına düşə bildirk. Çox şadıq ki, istedadımızla tamaşaçıların qəlbini ala bildik. Zarafaylarımız çox xoşlarına gəldi. İndi ikinci tura hazırlaşırıq", - Abbasov deyib.

"KiViN" festivalı

"KiViN" beynəlxalq festivalı 1990-cı ildən başlayaraq hər il Soçidə keçirilir. O, bir neçə turdan ibarətdir. İlk turu Yüksək və Premyer liqaların komandaları açırlar. Sonra isə digər komandalar səhnəyə çıxır. Ancaq Yüksək liqanın finalçıları ikinci turun sonunda çıxış edirlər.
Rəsmi liqaların bütün iştirakçıları, statuslarından asılı olmayaraq, səhnədə 4,5 dəqiqədən artıq qala bilməzlər. Yeni iştirakçılar, eləcə də qeyri-rəsmi liqaların təmsilçiləri isə cəmi 3 dəqiqə çıxış edə bilərlər. Yüksək Liqa komandaları üçün xronometraj bu qədər sərt deyil.
Birinci turun nəticələrinə görə komandalara müxtəlif statuslar verirlər. İkinci turu nəticələri yaxşı olarsa, televiziya liqasına düşmək şansı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0