Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ruben Jaqinyanın "Şuşa" kaprizinə Abbasovdan yeni açıqlama

© Sputnik / Михаил Патлис / Mediabanka keçidKVN
KVN - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Müşfiq Abbasov Maslyakova: "Mən Rubenin sözü ilə burdan gedə bilməzdim", - deyib.
BAKI, 23 yanvar — Sputnik. "Biz oyuna "Şuşa" adı ilə qoşulmuşduq. Komandamız birinci turu keçdikdən sonra bizə dedilər ki, ikinci turda "Şuşa" adı ilə oynaya bilmərik, çünki bu ad qıcıq yaradır".
Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında "Şuşa" Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov deyib. O bildirib ki, klub adını dəyişməsə, oyundan kənarlaşdırıla bilərdi:
"Bildim ki, onlar bizi çıxaracaq, özü də bunu ada görə etdiklərini deməyəcəklər. Sadəcə, zəif komanda adı ilə oyundan kənarlaşdıracaqlar.
Biz isə turu keçib, Aleksandr Maslyakovun (Beynəlxalq KVN İttifaqının prezidenti) qarşısına çıxa bilmək üçün formal olaraq "Buta" adını götürdük. Onun qarşısına çıxandan sonra isə şərtimizi qoyduq ki, bundan sonra ancaq "Şuşa" adı ilə oynayacağıq. Belə etməsəydik, Maslyakovla görüşə bilməyəcəkdik.
Maslyakov bizim oyunumuzu görüb bəyəndi, mən görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız "Şuşa" olmasa, biz oyuna davam etməyəcəyik.
Maslyakov məndən niyə adı sonradan dəyişdirdiyimi soruşanda cavab verdim ki, "Şuşa" adını dəyişməli olduğumuzu bizə sizin müavininiz Ruben Caqinyan (Beynəlxalq KVN İttifaqı prezidentinin müavini, milliyyətcə erməni) deyib. Mən isə Rubenin sözü ilə burdan gedə bilməzdim. Bu danışıqdan sonra onlar da iclas keçirib bizə bildirdi ki, "Şuşa" adı ilə oyuna davam edə bilərik. Mart ayında Sankt-Peterburqda baş tutacaq 1/8 finalda "Şuşa" adı ilə oyuna çıxacağıq".

Xaricdə ŞHK yarışlarında iştirak Azərbaycan komandalarına nə qədər vacibdir?

----------
12:22
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandası adını "Buta" olaraq dəyişib.
Sputnik Azərbaycan Baku TV-yə istinadən xəbər verir ki, komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov məsələ barədə açıqlama verib.
"Birinci turda bütün komandalar iştirak edirlər. Bu tura KVN-in 10-dək redaktoru baxır. Komandanın aqibəti ikinci turdan sonra məlum olur.
Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, "Şuşa" komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burada bir nəfər var – o, Maslyakovun müavinidir.
Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olarmı qərarı Maslyakov versin? Dedilər, yaxşı.
İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək", - M.Abbasov bildirib.
O qeyd edib ki, hazırda komandanın adı "Şuşa"dır:
"Maslyakov dedi ki, sizi başa düşürük, amma "Şuşa" adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, "Şuşa" adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* "Şuşa" komandası Soçidə necə çıxış edir - FOTO
Xəbər lenti
0