DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda müxalif sabiq polis rəisi həbs edildi

© AFP 2023 / THOMAS SAMSONНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
O, ölkənin sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi müxalif "Ermənistan" blokuna daxildir.
BAKI, 24 yanvar — Sputnik. Ermənistan polisinin sabiq mətbuat xidmətinin rəhbəri Sayat Şirinyan saxlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, ölkənin sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi müxalif "Ermənistan" blokuna daxildir.
Şairinyanın həbsi barədə onun vəkili Benik Qalstyan məlumat verib.
"Təxminən 30 dəqiqə əvvəl maskalı adamlar Sayat Şirinyanın evinə gəlib onu aparıblar", - vəkil Facebook-da yazıb.
Qalstyan bildirib ki, onda hələlik müdafiə etdiyi şəxsin harada olması barədə məlumat yoxdur. Saxlanma səbəbi barədə də məlumat verilmir.
Qeyd edək ki, dünən Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, Prezident Aparatının rəhbəri Emil Tarasyanı da işdən çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?
* Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi
* Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
Xəbər lenti
0