QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşaya ilk sərnişin avtobusu yola düşüb

© Baku Transport AgencyAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
İlk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.
BAKI, 24 yanvar — Sputnik. Bu gün səhər saatlarında 30 illik həsrətdən sonra işğaldan azad edilmiş Şuşa və Ağdama ilk müntəzəm avtobus reysi yola düşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev azad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimində çıxışında bildirib ki, Şuşaya və Ağdama iki reys Bakıdan, 4 reys isə Əhmədbəylidən xətə çıxacaq.
© Sputnik / Zulfiyya GuluyevaAzad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimi
Şuşaya ilk reys - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Azad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimi
Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.
Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır: “ Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir.
© Sputnik / Zulfiyya GuluyevaŞuşaya avtobus bileti
Şuşaya ilk reys - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Şuşaya avtobus bileti
Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək” . A. Rzayev bildirib ki, bundan sonra da,
Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi
İldə bir dəfə Şuşanı görmək - şanslılar bu gün gedirlər
Xəbər lenti
0