Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Zəhər tuluğu" rekord qırdı, Taleh Yüzbəyov paxıllara səsləndi: "Sevinməyən köpəyoğludur"

© Sputnik / Murad OrujovAktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Tanınmış aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov müəllifi olduğu "Zəhər tuluğu" filminə qərəzli fikir bildirənləri tənqid edib.
BAKI, 22 yanvar — Sputnik. Taleh Yüzbəyovun müəllifi olduğu "Zəhər tuluğu" filmi son bir ay ərzində Bakı kinoteatrlarında ən çox izlənən film olub.
"Zəhər tuluğu" filminin qala gecəsi dekabr ayının 22-də Heydər Əliyev Sarayında keçirilib. Film ona bəslənən ümidləri doğruldub. Onun rəsmi treylerini Youtube üzərindən 240 mindən çox istifadəçi izləyib.
Qeyd edək ki, "Zəhər tuluğu" filminin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
***
Tanınmış aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov bir neçə gün əvvəl müəllifi olduğu "Zəhər tuluğu" filminə qərəzli fikir bildirənləri tənqid edib.
"Neçə müddətdən sonra keçən ili sonu "Zəhər tuluğu" filmimizi böyük ekranlara çıxarda bildik. Şükür çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər, müzakirə edənlər, bəyənməyənlər oldu. Bu normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi, niyə çəkdiyimizi bilirdik", - deyə o, Facebook səhifəsində yazıb.
Aktyor bildirib ki, son zamanlar kinoteatrlarda liderliyini qoruyub saxlayan "Zəhər tuluğu"na tamaşaçılar tərəfindən xoş sözlər gəlsə də, sənət yoldaşları tərəfindən aqressiya ilə qarşılanır:
"Filmdən çıxan insanlar mənə xoş sözlər yazırlar. Bu, məni lap çox sevindirir. IMDb reytinqimiz 9,4-dür. Hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə səninlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır".
"Biri üstüörtülü status yazıb, bizim filmi, filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər. Biri piktoqrafik status paylaşıb, öz aləmində söz soxur, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır. Bax sizi başa düşə bilmirəm", - deyən aktyor hesab edir ki, tamaşaçı bəyənməyib status yaza bilər. Bu, onun haqqıdır. Başqaları da bəyənməyə bilər. Amma belə yarı-yapalaq nifrət püskürmələri anlaşılan deyil.

"Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox", - Taleh Yüzbəyov əlavə edib.

Taleh Yüzbəyov "Zəhər tuluğu"nun dövlət hesabına çəkilmədiyini, büdcənin vətəndaş vergisindən formalaşmadığını da xatırladıb.
"Öz pullarımız və sponsorların hesabına yaranıb "Zəhər tuluğu". Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah özləri yazırlar. Çünki həyatda elə şeylər var, onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram", - Taleh Yüzbəyov deyib.
Tanınmış aktyor Azərbaycan kinematoqrafiyasının ən parlaq filmlərindən olan "Atları yəhərləyin" (digər adı "Qanlı zəmi") filmindən sitat gətirib:
""Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür, deyir ki: "Haqlısan, Nəbi! Düşmən də olsaq haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!""
Həmçinin oxuyun:
Bölgələrdə kinoteatrda necə davranmağı belə unudublar - Taleh Yüzbəyov
Taleh Yüzbəyov: Dövlətin pulunun dağılmasının tərəfdarı deyiləm
Professorun Taleh Yüzbəyova cavabı: Tutaq ki, ixtisas açıldı, bəs orada kim dərs deyəcək?
Bu ölkədə kinonun inkişafı məqsədilə xüsusi şəhərcik salınacaq
Xəbər lenti
0