Bölgələrdə kinoteatrda necə davranmağı belə unudublar - Taleh Yüzbəyov
15:30 15.01.2022 (Yenilənib: 17:28 15.01.2022)
© Sputnik / Murad OrujovAktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
© Sputnik / Murad Orujov
Abunə olmaq
Bir vaxtlar kənd klubları insanların mədəni istirahətində və dünyagörüşünün formalaşmasında böyük rol oynayıb.
BAKI, 15 yanvar — Sputnik. Bir vaxtlar kənd klubları insanların mədəni istirahətində və dünyagörüşünün formalaşmasında böyük rol oynayıb. Burada müxtəlif konsertlər, maraqlı tədbirlər və filmlər nümayiş olunardı. Kolxozda, zavodda işləyən sovet vətəndaşının axşamlar yaşadığı ərazidə filmə baxmaq imkanı olurdu. İndi isə bir çox bölgələrdə onların yalnız adı qalıb.
Tanınmış aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirmişdi ki, kinomuzun inkişafı üçün kinoteatrların fəaliyyəti labüddür. Müsahibimiz deyib ki, Azərbaycanda kinoya baxmaq üçün yerlər, demək olar ki, yoxdur:
"Əvvəllər kənd klublarında baxırdılar. İndi onlar da bərbad gündədir. Birincisi, kinoya baxmaq üçün məkanlar yaradılsın, ondan sonra kinoya maliyyə ayırsınlar ki, ondan qazanc əldə edə bilsinlər. Kinodan pul qazanılsın ki, çəkənin də, çəkdirənin də marağı olsun. Maliyyə nazirliyi də görsə ki, bu sahədən gəlir əldə edilir, o, növbəti dəfə maliyyəni daha da artıracaq".
© Sputnik / Murad OrujovAktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
© Sputnik / Murad Orujov
Qeyd edək ki, Taleh Yüzbəyovun müəllifi olduğu "Zəhər tuluğu" filmi çıxdığı gündən Azərbaycan kinoteatrlarında ən çox izlənən film olub. Aktyor bildirir ki, həmin film təkcə paytaxtda deyil, bölgələrdə də nümayiş etdirmək istəyir. Yüzbəyov bildirir ki, təəssüf ki, bölgələrdə kinoteatrlarla bağlı çox ciddi problemlər var:
"Biz Naxçıvanda olanda gördük ki, insanlar artıq kinoya getməyi yadırğayıblar. Gördük ki, kinoteatrda necə davranmağı belə, unudublar. Halbuki sovet dönəmində klublara gedib hind filmlərinə baxmış insanlardır".
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə bildirir ki, ümumiyyətlə, bölgələrdə kinoteatrlar təkcə biznes və kommersiya strukturları üzərində qurulmamalıdır. Çünki, onların biznes baxımından sabitliyi olmaya bilər. Bölgələrdə teatrların açılması birbaşa dövlətin dəstəyi ilə olmalıdır:
"Postsovet ölkələrində bütün şəhərlərdə standart kinoteatrlar var idi. Onların bir çoxu dövlətin dəstəyi ilə bərpa edilib. Təəssüf ki, Azərbaycanın regionlarında kinoteatrların vəziyyəti ürəkaçan deyil. Ümid edirik ki, Mədəniyyət nazirliyi bölgələrdə olan kinoteatrları bərpa edib, püşkatma ilə hansısa kinoteatr şəbəkəsinə verəcək. Yəni, normalda bu proses belə baş verir".
Darabzadə bildirir ki, Gəncədəki kinoteatr onun təşəbbüsü ilə açılıb. Onun dediyinə görə, Bakıda və Sumqayıtdakı kinoteatrda vəziyyət yaxşıdır. Amma Gəncə üçün bunu demək olmaz:
"Gəncədə vəziyyət o qədər də ürəkaçan deyil. Çünki, Sovet hökuməti dağılandan sonra kinteatrların hamısı bağlandı. Halbuki o dönəmlərdə bölgələrdə, şəhərlərdə, hətta kəndlərdə belə, kənd klublar, kinoteatrlar var idi. İnsanlar gedib filmlərə baxırdılar. Mədəniyyət formalaşmışdı. 1997-ci ildə bölgədə doğulan insan kinoteatrda necə davranacağını bilməyəcək. Kinoteatr olmalıdır ki, insanlar maariflənsinlər".
© Sputnik / Ilham MustafayevTovuz rayon Düz Qırıqlı kəndində yerləşən “Folklor Evi”
Tovuz rayon Düz Qırıqlı kəndində yerləşən “Folklor Evi”
© Sputnik / Ilham Mustafayev
Qiymətlərə gəldikdə isə Darabzadə bildirir ki, paytaxta nisbətən bölgələrdə biletin qiyməti daha ucuzdur:
“Paytaxda bietin qiyməti 6 manatdırsa, Sumqayıtda nisbətən ucuzdur. Gəncədə isə biletin qiyməti 6 manatdır".
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirmişdi ki, Azərbaycanda regional mədəniyyət evlərində və klublarda yoxlamalar aparılır. Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini zəruri edir:
“Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var. Bu baxımdan mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə problemlərin öhdəsindən gələcəyik”.
Həmçinin oxuyun: