Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Professorun Taleh Yüzbəyova cavabı: Tutaq ki, ixtisas açıldı, bəs orada kim dərs deyəcək?

© AFP 2023 / NATALIA KOLESNIKOVATələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Azərbaycan Mədəniyyət və İncəsən Universitetində bəzi ixtisaslar üzrə mütəxəssis hazırlanmır. Xüsusən kino sahəsində çalışan insanlar bu sarıdan əziyyət çəkdiklərini söyləyirlər.
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Mədəniyyət və İncəsən Universitetində bəzi ixtisaslar üzrə mütəxəssis hazırlanmır. Xüsusən kino sahəsində çalışan insanlar bu sarıdan əziyyət çəkdiklərini söyləyirlər.
Tanınmış aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirmişdi ki, bizdə bəzi sahələr üzrə mütəxəssis yetişdirilmir. Hər kəs öz-özünə öyrənir:
"Bizdə kino çəkənlərin əksəriyyəti özü öyrənənlərdir. Məsələn, səs rejissoru özü öyrənir, montajçı özü haradansa öyrənir və s. Təkcə akyor, rejissor və operatorlar universitetdə təhsil alırlar, o da ki Allahın ümidinə qalıb, ya ola, ya olmaya".
Taleh Yüzbəyov bu sahədə olan problemlərdən söz açarkən onu da diqqətə çatdırdı ki, bu sahə üzrə mütləq bir addım atılmalıdır:

"Ya bizimkiləri göndərməlidirlər, getsinlər hansısa ölkədə bu sahəni öyrənsinlər, ya da xaricdən mütəxəssis gətirilməlidir ki, burada master-klass keçsin. Hansısa yolla bu sahələr üzrə mütəxəssis yetişməlidir. Göturək elə "Zəhər tuluğu"nun komandasını. Mən daxil, komandadakı insanların əksəriyyəti bu sahəni öz-özünə öyrənib. Mən aktyoram, amma məcbur qalıb həm ssenari yazıram, həm rejissorluq edirəm, həm də filmə çəkilirəm. Çünki istəyirəm, yaxşı olsun. Ümid edirəm ki, Kino Agentliyi yaransa, bu problemlər öz həllini tapar".

Kaskadyor sənətində də boşluq var. Bu barədə söhbət açan Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvü Sain Fərhad bir neçə il öncə Mədəniyyət və İncəsənət Universitetinə bu sahənin inkişafı ilə bağlı təklif verib:
"İstədim ki, bu sahə üzrə aktyorları hazırlayım, istəmədilər. Hazırda universitetdə tədris olunun "Qılıncoynatma sənəti" çox bəsit tədris olunur. İnanmıram ki, orada avropalıların, yaponların, çinlilərin döyüş texnikasını öyrətsinlər. Çünki, bunları bilən mütəxəssis yoxdur".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, kinorejissor–operator, professor Rafiq Quliyev səslənən iradlara münasibətini bildirib.
O deyib ki, Azərbaycanda hazırda texnologiya problemləri yaşanır. Həmin avadanlıqların alınması, öyrənilməsi zaman və peşə vərdişləri istəyir:

"Mədəniyyət və İncəsənət Universitetində təkcə səs rejissoru və montajla bağlı deyil, hazırda gündəmdə olan animasiya rejissoru və animasiya rəssamı ilə bağlı da problemlər var. Animasiya rejissoru və animasiya rəssamı ixtisasının açılması üçün artıq universitetimizdə iş gedir. Gələn il universitetimizdə bu ixtisas açılacaq".

Kafedra müdri əlavə etdi ki, ixtisasın açılması işin bir tərəfidir. Əsas məsələ təhsil prosesinin sistemləşdirilməsidir: "Səs rejissorluğu ilə də bağlı hazırda işlər gedir. Bununla bağlı bizim nümayəndə heyəti Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində də olub. Tutaq ki, ixtisas açıldı, bəs orada kim tədris verəcək?
Azərbaycan dilində bunu mükəmməl tədris edə biləcək peşəkar kadrlar lazımdır. Bizdə bu sahə ilə məşğul olan insanlar Piterdə təhsil alıblar.
Öz-özünə öyrənənlər təəssüf ki, təhsil prosesinə cəlb oluna bilməz. Təcrübə göstərir ki, həmin sahə üzrə təhsil almayan mütəxəssis pedoqoji fəalliyətlə məşğul ola bilmir. Uzaqbaşı 2-3 master-klass keçə bilər.
Mən onları işləmək üçün bizim Kino və televiziya kafedrasına dəvət etmişəm. Amma özləri də etiraf ediblər ki, nə qədər peşəkar olsalar da, tədrislə məşğul ola bilməzlər. Montaj sənətinə gəlincə, dünyanın heç bir ölkəsində bu sənət auditoriyada öyrədilmir".
Xəbər lenti
0