Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollardakı son vəziyyət

© Sputnik / Rahim MuradovQar
Qar - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
Sputnik Azərbaycan-ın AAYDA-ya isitnadən xəbərinə görə, hazırda Zəfər Yolunda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Quba yolunda yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.
Giləzi – Xızı yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Qobustan-Şamaxı yolu yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı – Ağsu, Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Şəki - Qax – Zaqatala yolunda yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Gəncə - Daşkəsən yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Ələt – Astara yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Masallı – Yardımlı , Lənkəran – Lerik yolunda yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Paytaxtda sərnişin avtobusu yük avtomobili ilə toqquşdu, xəsarət alan var
Muğanlı-İsmayıllı yolu buz bağlayıb, bir neçə qəza olub - VİDEO
Güclü qar Ağsu dolaylarını keçilməz edib, Şamaxı və İsmayıllıda hərəkət məhdudlaşıb
Xəbər lenti
0