Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda sərnişin avtobusu yük avtomobili ilə toqquşdu, xəsarət alan var

© Photo : APAQəza
Qəza - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib
BAKI, 21 yanvar — Sputnik. Yanvarın 20-də Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, daşıyıcının informasiyalarına əsasən, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb, lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.
Xatırladaq ki, ötəngünkü hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilmişdi.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılıb. DİN-dən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Muğanlı-İsmayıllı yolu buz bağlayıb, bir neçə qəza olub - VİDEO
Güclü qar Ağsu dolaylarını keçilməz edib, Şamaxı və İsmayıllıda hərəkət məhdudlaşıb
Xəbər lenti
0