Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Muğanlı-İsmayıllı yolu buz bağlayıb, bir neçə qəza olub - VİDEO

Abunə olmaq
Avtomobillərin hərəkəti məhdudlaşdırıldığından insanlar piyada getməli olurlar.
BAKI, 20 yanvar - Sputnik. Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda yağan qar avtomobillərin hərəkətini çətinləşdirib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.
Ərazidə xidmət aparan BDYPİ-nin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalan sürücülərə lazımi köməklik göstərirlər.
"Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir", - məlumatda bildirilib.
----------
12:54
Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb.
© Sputnik / Reshad Rashidov İsmayıllı-Muğanlı yolunda vəziyyət
 İsmayıllı-Muğanlı yolunda vəziyyət - Sputnik Azərbaycan
1/3
İsmayıllı-Muğanlı yolunda vəziyyət
© Sputnik / Reshad Rashidov İsmayıllı-Muğanlı yolunda vəziyyət
 İsmayıllı-Muğanlı yolunda vəziyyət - Sputnik Azərbaycan
2/3
İsmayıllı-Muğanlı yolunda vəziyyət
© Sputnik / Reshad Rashidov İsmayıllı-Muğanlı yolunda vəziyyət
 İsmayıllı-Muğanlı yolunda vəziyyət - Sputnik Azərbaycan
3/3
İsmayıllı-Muğanlı yolunda vəziyyət
Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vito" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə isə Bakı - Şamaxı - Yevlax avtomobil yolu qardan təmizlənib. Məlumata əsasən, ərazidə yağıntı davam edir. Yolun 104 -124 kilometrlik hissəsində buzlaşmaya qar­şı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitəl­ərinin normal hərəkə­ti təmin olunub.
----------
11:08
İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda hərəkəti iflic edib, 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar. Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.
Qeyd edək ki, bir neçə gün öncə də qarlı və dumanlı hava şəraiti ucbatından İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkəti iflic olmuşdu.
Qar səbəbindən 50-dən çox avtomobil yollarda qalmış, sərnişinlər xeyli yolu piyada getməli olmuşdular.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Güclü qar Ağsu dolaylarını keçilməz edib, Şamaxı və İsmayıllıda hərəkət məhdudlaşıb
Xəbər lenti
0