CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağa ad qoymazdan öncə zəng edib onun mənasını maraqlanmaq olar - Qadağa da olacaq

© pixabay / christianabellakörpə
körpə - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyurlar - Nadir Məmmədli
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda adların qoyulması məsələsi tənzimlənə bilər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.
O bildirib ki, problemin günahı əsasən nikah şöbələrindədir:
“Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyurlar. Bu, gələcəyə təsirini göstərəcək. İndi hiss etmirlər. Nikah şöbələrində oturan bəzi şəxslərin də səviyyəsi imkan vermir ki, belə halların qarşısı alınsın. Bu, bizim genofondumuza böyük ziyan vuracaq”.
N.Məmmədli qeyd edib ki, bəzi adların qoyulması qadağan oluna bilər:
“Bununla bağlı kitab hazırlayacağıq. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələri ilə müqavilə bağlamağa çalışacağıq. Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bəzən həmin xalqların nümayəndələri özləri də gülür ki, biz bu adı əşyaya, quşa veririk, siz bunları insanlara ad kimi qoyursunuz. Bəzən ailədəki digər şəxsin adına uyğunluq məqsədilə, bəzən də əcnəbi dildən gələn adlar qoyulur. Bundan başqa, bir hərflə mənası başqa olan sözlər bəzən pis məna daşısa da, uşaqlara səhvən qoyulur. Ad seçəndə mənasına baxmaq lazımdır. Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Uşaqlar böyüyəndə, başa düşəndə bəzən onun üçün utancverici olur”.
Xatırladaq ki, ötən ildə uşaqlara ən çox Zəhra və Əli adları qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, bu il ərzində 1625 körpəyə Zəhra, 1624 körpəyə isə Əli adı qoyulub.
Oğlan adları arasında ən çox üstünlük verilən adlar sırasında sonrakı yerdə Yusif adı olub. Belə ki, cari ildə 1548 körpəyə Yusif adı qoyulub. 1505 körpəyə Hüseyn, 1486 körpəyə Uğur adı qoyulub.
Qız adarı sırasında isə sonrakı yerdə Zeynəb adına üstünlük verilib. Cari ildə 1 275 körpəyə bu ad qoyulub. 1217 körpəyə isə Məryəm adı qoyulub.
Son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları isə Zəhra, Zeynəb, Məryəm olub.
Qeyd edək ki, ötən il doğumu qeydə alınan uşaqlara 2021-ci il ərzində Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edib.
2020 və 2021-ci illərdə hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib. 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olub. Ötən il ərzində 82 uşağa Xudayar adı verilib. 2020-ci il ərzində cəmi 3 yeni doğulana bu ad aqoyulsa da, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.
Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ötən il Azərbaycanda uşaqlara qoyulan qəribə adlar - SİYAHI
Valideyinlərinin kölgəsində qalan məşhur övladlar - VİDEO
Bu il körpələrə ən çox hansı adlar qoyulub
Xəbər lenti
0