CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il körpələrə ən çox hansı adlar qoyulub

© Pexels PixabayKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları isə Zəhra, Zeynəb, Məryəm olub.
BAKI, 25 dekabr — Sputnik. Cari ildə uşaqlara ən çox Zəhra Əli adları qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, bu il ərzində 1625 körpəyə Zəhra, 1624 körpəyə isə Əli adı qoyulub.
Oğlan adları arasında ən çox üstünlük verilən adlar sırasında sonrakı yerdə Yusif adı olub. Belə ki, cari ildə 1548 körpəyə Yusif adı qoyulub. 1505 körpəyə Hüseyn, 1486 körpəyə Uğur adı qoyulub.
Qız adarı sırasında isə sonrakı yerdə Zeynəb adına üstünlük verilib. Cari ildə 1 275 körpəyə bu ad qoyulub. 1217 körpəyə isə Məryəm adı qoyulub.
Qeyd edək ki, son 5 ildə də ən çox üstünlük verilən oğlan adları Yusif, Əli, Hüseyn, qız adları isə Zəhra, Zeynəb, Məryəm olub.
Həmçinin oxuyun:
Süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır
Beş min manatlıq körpə
Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu
Xəbər lenti
0