CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il Azərbaycanda uşaqlara qoyulan qəribə adlar - SİYAHI

© Pexels Rene AsmussenKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib.
BAKI, 7 yanvar — Sputnik. Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub.
Sputnik Azərbaycan "Report"-a istinadla xəbər verir ki, 2021-ci il ərzində valideynlərin övladlarına qeyri-adi adlar verməsi geniş yayılmasa da, belə hallara rast gəlinib.
Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib.
Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub. Xatırladaq ki, ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib.
Xəbər lenti
0