Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Omicron"a yoluxanlarla bağlı son durum

Xəstəxana - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Aşkarlanan pozitiv nəticənin yeni ştammla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür.
BAKI, 21 yanvar — Sputnik. Bundan öncə seçmə yolu ilə "Omicron" ştammına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omicron” yayılmağa başladığı ölkələrdə "Delta" ştammını üstələyir və yoluxmaların əksəriyyəti “Omicron” ilə əlaqəlidir: "Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştammla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür".
Xatırladırıq ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan, yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq məqsədilə gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır".
Qeyd edilib ki, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə, əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın, normal həyata qayıtmağın yeganə yoludur.
Azərbaycanda 12 nəfərdə "Omicron" aşkarlanıb
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
Bildirək ki, hazırda Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un "Omicron" ştammı qeydə alınıb.
Koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanda "Omicron" ştammı ilə bağlı qapanma olacaq?
Omikron daha yaxşısı imiş? Eyvazov suallara cavab verir
Xəbər lenti
0