Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda "Omicron" ştammı ilə bağlı qapanma olacaq?

© pixabay / Alexandra_KochOmicron
Omicron - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Nazir vurğulayıb ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycanda koronavirusun "Omicron" ştammı ilə bağlı son vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da "Omicron" ştammına yoluxmalar artır.
Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - o vurğulayıb.
Nazir bildirib ki, ilkin mərhələdə "Omicron" 12 nəfərdə aşkarlanmışdı, hazırda da yoxlamalar davam edir:
"Digər ölkələrin təcrübəsinə baxanda son 4 həftə ərzində ümumi yoluxanların 40%-i "Omicron" ştammına yoluxanlardır. Artıq Azərbaycanda da koronavirusun "Omicron" ştammı geniş yayılmaqdadır. Digər ştamlardan fərqli olaraq onun yoluxduruculuğu daha üstündür. Bununla bağlı rəqəmlər artmaqdadır. Ona görə hər kəs maska rejiminə, sosial məsafəyə riayət etməlidir”.
Nazir vurğulayıb ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2 21K "Omicron" ştammı aşkarlanıb.
Bildirək ki, hazırda yüzdən çox ölkədə COVID-19-un omicron ştammı qeydə alınıb.
Koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0