https://sputnik.az/20220114/omikron-daha-yaxsisi-imis-eyvazov-suallara-cavab-verir-438157844.html
Omikron daha yaxşısı imiş? Eyvazov suallara cavab verir
Omikron daha yaxşısı imiş? Eyvazov suallara cavab verir
Sputnik Azərbaycan
Nazirlik rəsmisinin sözlərinə görə, omikron ştammının spesifik simptomları yoxdur. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T13:39+0400
2022-01-14T13:39+0400
2022-01-14T13:39+0400
koronavirus
səhiyyə
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437430479_0:308:2961:1974_1920x0_80_0_0_07815ab3f5bc64cc9093ebf144e2e7bc.jpg
BAKI, 14 yanvar — Sputnik. Koronavirus infeksiyasının omikron ştammıyla yoluxmanın inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrilib. Sürətlə yayılan omikron ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına omikron ştamı ilə bağlı gələn sualları cavablandırarkən deyib. O bildirib ki, koronavirusun omikron variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.Omikron ştammına yoluxduğu halda bədənin bərpasına nə qədər vaxt lazımdır? Mütəxəssis deyib ki, başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir: "Omikron və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə, yaxud vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilirlər. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)".Təyyar Eyvazov qeyd edir ki, COVID-19-un bir variantı olduğuna görə ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun omikron ştammı olması daha mürəkkəb, bahalı olan sekventləşmə metoduyla müəyyən olunur.Nazirlik rəsmisinin sözlərinə görə, yeni ştammın spesifik simptomları yoxdur: "Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (daha çox subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma, ya da ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri - ürəkbulanma, qusma və s.). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi omikron, delta olan xəstələri ayırd etmək klinik cəhətdən, demək olar ki, mümkün deyil".T.Eyvazov hər kəsi məsuliyyətli olmağa səsləyib: "Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvlərilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdırlar. Xəstə uşağı evdə təcrid edərək bağçaya, yaxud məktəbə buraxmamalıdırlar. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli, buster dozanı göstərişə uyğun almalıdırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437430479_230:0:2961:2048_1920x0_80_0_0_089431774d42a908f4231c534c414012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
omikron daha yaxşısı imiş? eyvazov suallara cavab verir
omikron daha yaxşısı imiş? eyvazov suallara cavab verir
Omikron daha yaxşısı imiş? Eyvazov suallara cavab verir
Nazirlik rəsmisinin sözlərinə görə, omikron ştammının spesifik simptomları yoxdur.
BAKI, 14 yanvar — Sputnik. Koronavirus infeksiyasının omikron ştammıyla yoluxmanın inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrilib.
Sürətlə yayılan omikron ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına omikron ştamı ilə bağlı gələn sualları cavablandırarkən deyib. O bildirib ki, koronavirusun omikron variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.
Omikron ştammına yoluxduğu halda bədənin bərpasına nə qədər vaxt lazımdır?
Mütəxəssis deyib ki, başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir: "Omikron və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə, yaxud vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilirlər. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)".
Təyyar Eyvazov qeyd edir ki, COVID-19-un bir variantı olduğuna görə ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun omikron ştammı olması daha mürəkkəb, bahalı olan sekventləşmə metoduyla müəyyən olunur.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni ştammın spesifik simptomları yoxdur: "Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (daha çox subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma, ya da ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri - ürəkbulanma, qusma və s.). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi omikron, delta olan xəstələri ayırd etmək klinik cəhətdən, demək olar ki, mümkün deyil".
T.Eyvazov hər kəsi məsuliyyətli olmağa səsləyib: "Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvlərilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir.
Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdırlar. Xəstə uşağı evdə təcrid edərək bağçaya, yaxud məktəbə buraxmamalıdırlar. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli, buster dozanı göstərişə uyğun almalıdırlar".