SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mariya Zaxarova Azərbaycan və Ukraynanın münasibətləri haqda

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Azərbaycan liderinin yaxınlarda Ukraynaya səfəri İlham Əliyevlə Vladimir Putinin telefon danışığında ətraflı müzakirə olunub.
BAKI, 20 yanvar - Sputnik. Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulması iki ölkənin suveren hüququdur.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı brifinqdə deyib.
"İkitərəfli münasibətlərin qurulması - hər bir dövlətin suveren hüququdur. Vacibdir ki, bu əlaqə və bağlantılar üçüncü ölkələrə qarşı yönəlməsin. Biz digər ölkələrlə əlaqələrimizin qurulmasında bu prinsipial mövqedən çıxış etdiyimiz kimi, partnyorlarımızdan da eyni yanaşmanı gözləyirik", - o deyib.
Diplomat həmçinin Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin sonuncunun Kiyevə səfərini ətraflı müzakirə etdiklərini bildirib.
"Yanvarın 14-də Azərbaycan Prezidentinin Kiyevə səfər mövzusu Rusiya və Azərbaycan prezidentləri arasında yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında geniş müzakirə olunub", - Zaxarova əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Əliyev və Putin telefonla danışıblar
* Prezident İlham Əliyevin Ukraynaya səfəri başa çatıb
* Ərdoğan Ukraynadakı vəziyyəti Əliyev və Putin ilə müzakirə edəcək
Xəbər lenti
0