SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevin Ukraynaya səfəri başa çatıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş zamanı
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş zamanı - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar.
BAKI, 14 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
17:22
Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzaladılar.
Azərbaycan Respublikasının energetika naziri, Hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukraynanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzaladılar.
16:31
Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.
---------
16:16
Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
---------
15:36
Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir.
---------
13:36
Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş zamanı
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş zamanı - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş zamanı
Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.
--------
12:57
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülmüşdü.
Dövlətimizin başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər lenti
0