https://sputnik.az/20220118/erdogan-ukraynadaki-veziyyeti-eliyev-ve-putin-ile-muzakire-edecek-438279342.html
Ərdoğan Ukraynadakı vəziyyəti Əliyev və Putin ilə müzakirə edəcək
Ərdoğan Ukraynadakı vəziyyəti Əliyev və Putin ilə müzakirə edəcək
Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müasir dünyada başqalarının torpaqlarını işğal etmək istəyi arzulanan heç nəyə gətirib çıxarmayacaq. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T17:16+0400
2022-01-18T17:16+0400
2022-01-18T17:43+0400
dünya xəbərləri
müzakirə
ukrayna
prezident ilham əliyev
vladimir putin
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:121:2593:1580_1920x0_80_0_0_73794211e81d1fcf9e5799d9c2b7e262.jpg
BAKI, 18 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini reallıqdan uzaq adlandırıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.Albaniyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı Türkiyə lideri vurğulayıb ki, belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilində vəziyyəti təhlil etməlidir.Türkiyənin dövlət başçısı bildirib ki, Ukraynadakı vəziyyəti yaxınlarda Kiyevdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etmək niyyətindədir: "Mən İlham Əliyevlə danışacağam. Əlbəttə, həmin məsələləri Putinlə (Rusiya lideri Vladimir Putin – red.) də müzakirə etmək vacibdir. Çünki o regionlar yeni müharibənin yükünü çəkə bilməzlər. Bu, yanlış olardı. Müharibə ssenarisini siyasi gündəmdən tamamilə çıxarmağın vaxtı çatıb".Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müasir dünyada başqalarının torpaqlarını işğal etmək istəyi arzulanan heç nəyə gətirib çıxarmayacaq.Qeyd edək ki, yanvarın 16-sı Putinin sözçüsü Dmitri Peskov Amerikanın "CNN" telekanalına müsahibəsində bildirib ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir:"Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir".Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: "Biz hələ də sübut gözləyirik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:0:2593:1946_1920x0_80_0_0_3caf7ceb732b3a606a1f00594e1976fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan ukraynadakı vəziyyəti əliyev və putin ilə müzakirə edəcək
ərdoğan ukraynadakı vəziyyəti əliyev və putin ilə müzakirə edəcək
Ərdoğan Ukraynadakı vəziyyəti Əliyev və Putin ilə müzakirə edəcək
17:16 18.01.2022 (Yenilənib: 17:43 18.01.2022) Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müasir dünyada başqalarının torpaqlarını işğal etmək istəyi arzulanan heç nəyə gətirib çıxarmayacaq.
BAKI, 18 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini reallıqdan uzaq adlandırıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Albaniyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı Türkiyə lideri vurğulayıb ki, belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilində vəziyyəti təhlil etməlidir.
Türkiyənin dövlət başçısı bildirib ki, Ukraynadakı vəziyyəti yaxınlarda Kiyevdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etmək niyyətindədir: "Mən İlham Əliyevlə danışacağam. Əlbəttə, həmin məsələləri Putinlə (Rusiya lideri Vladimir Putin – red.) də müzakirə etmək vacibdir. Çünki o regionlar yeni müharibənin yükünü çəkə bilməzlər. Bu, yanlış olardı. Müharibə ssenarisini siyasi gündəmdən tamamilə çıxarmağın vaxtı çatıb".
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müasir dünyada başqalarının torpaqlarını işğal etmək istəyi arzulanan heç nəyə gətirib çıxarmayacaq.
Qeyd edək ki, yanvarın 16-sı Putinin sözçüsü Dmitri Peskov Amerikanın "CNN" telekanalına müsahibəsində bildirib ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.
Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir:
"Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir".
Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: "Biz hələ də sübut gözləyirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.