https://sputnik.az/20220119/qadini-qetle-yetirib-yol-kenarina-atan-sexslerden-biri-saxlanildi---vdeo-438326808.html
Qadını qətlə yetirib yol kənarına atan şəxslərdən biri saxlanıldı - VİDEO
Qadını qətlə yetirib yol kənarına atan şəxslərdən biri saxlanıldı - VİDEO
Sputnik Azərbaycan
Hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T19:09+0400
2022-01-19T19:09+0400
2022-01-19T19:09+0400
qətl
cəmiyyət
qadın
polis
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_0:0:3077:1731_1920x0_80_0_0_c989386770c2989790d674acd57d401f.jpg
BAKI, 19 yanvar — Sputnik. Yanvarın 10-da Abşeron rayonunun Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılması ilə bağlı dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu qısa müddətdə müəyyən edilib.Abşeron Rayon Prokurorluğunun və Polis İdarəsinin, Mehdiabad polis bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Araşdırma zamanı müəyyən olunub ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qadını avtomobildə qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.S.Məmmədovun və hadisədə iştirak edən digər şəxsin əvvəllər dəfələrlə məhkum edildikləri və cəzaçəkmə müəssisəsində tanış olduqları müəyyənləşdirilib.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rövşən Lənkəranski və Lotu Quli ölsə də, adamları ənənəni yaşadır - apellyasiya şikayətiHəmkəndlilərinin evlərini qarət edən Masallı sakini saxlanıldıFermadan mal-qara oğurlayan şəxslər saxlanılıbPolis qarət zamanı tüstü bacasında ilişib qalan oğrunu necə xilas etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_83:0:2812:2047_1920x0_80_0_0_cc88516b425eab44bc9d2f049cd50451.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qətl, qadın, polis
Qadını qətlə yetirib yol kənarına atan şəxslərdən biri saxlanıldı - VİDEO
Hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər.
BAKI, 19 yanvar — Sputnik. Yanvarın 10-da Abşeron rayonunun Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılması ilə bağlı dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a bildiriblər ki, qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu qısa müddətdə müəyyən edilib.
Abşeron Rayon Prokurorluğunun və Polis İdarəsinin, Mehdiabad polis bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən olunub ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qadını avtomobildə qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
S.Məmmədovun və hadisədə iştirak edən digər şəxsin əvvəllər dəfələrlə məhkum edildikləri və cəzaçəkmə müəssisəsində tanış olduqları müəyyənləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.