CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis qarət zamanı tüstü bacasında ilişib qalan oğrunu necə xilas etdi

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidTüstü bacası, arxiv şəkli
Tüstü bacası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Oğrunu oradan çıxarmaq üçün xilasedicilər 1,5 saat ərzində kərpiçləri bir-bir sökmək məcburiyyətində qalıblar.
BAKI, 15 yanvar — Sputnik. ABŞ-ın Merilend ştatının sakini tüstü bacası ilə başqasının evinə girərək oğurluq etməyi planlaşdırmasına baxmayaraq oradan çıxa bilməyib.
Yaranan çətinliklər nəticəsində soyğunçu ev sahibləri qayıdana qədər bütün gecəni tüstü bacasında keçirib.
Evin sahibləri qarətçini ancaq səhər tezdən hiss edərək dərhal polisə müraciət ediblər.
Oğrunu oradan çıxarmaq üçün xilasedicilər 1,5 saat ərzində kərpiçləri bir-bir sökmək məcburiyyətində qalıblar.
Oğurluq etməyi planlaşdıran kişi yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bundan sonra onunla polislər işləyəcəklər.
Yerdə çoxlu dağıntılar və divarda yaranmış dəlik nəticəsində ailənin kamini yararsız hala düşüb.
Xatırladaq ki, bu barədə "NBC Washington" xəbər verib.
Xəbər lenti
0