CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermadan mal-qara oğurlayan şəxslər saxlanılıb

© Sputnik / Rahim MuradovQoyun, arxiv şəkli
Qoyun, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər.
BAKI, 15 yanvar — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib.
Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini – Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar.
Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər.
Tədbirlərin davamı olaraq həmin iribuynuzlu heyvanlar satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Xəbər lenti
0