Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Onlar kənarda gəzirlər". Donbassda vəziyyət necədir?

© AP Photo / Efrem LukatskyDonbassda
Donbassda  - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Hərbçilər Ali Baş Komandanı dəstəkləməyə tələsmirlər: elə həmin gün yenidən atəşkəs pozuldu. Atəş Donetsk vilyətinin Novolaspa yaşayış məntəqəsinə açıldı.
BAKI, 19 yanvar — Sputnik, Andrey Kots. Donbassda vəziyyət gərginləşir: Bölgədə mütəmadi olaraq atəşlər barədə məlumat verilir, Ukrayna Silahlı Qüvvələri ağır texnikalarını yerləşdirirlər, Qərb mediası isə "Rusiya işğalı" ssenarilərini müzakirə edir. Göründüyü kimi, Kiyev Avropa və ABŞ müttəfiqlərinin səssiz razılığı ilə məsələni güc yolu ilə həll etməkdən imtina etmir. Regionda baş verənlər haqqında RİA Novosti-nin materialını təqdim edirik.
Yenidən atəşkəs pozulub
Donbassda Yeni il bayramları nisbətən sakit keçib, atəşkəs rejiminə az-çox riayət olunub. Kiyev aktiv hərbi əməliyyatlar hayında deyildi: onlar KTMT sülhməramlı kontingentinin Qazaxıstandakı əməliyyatını izləyirdilər. Onun müvəffəqiyyəti, deyəsən, Ukrayna hakimiyyətinə təsir etdi. Zelenski hətta döyüşkən ritorikasını da zəiflətdi və yanvarın 11-də gərginliyin azaldılması ilə bağlı əsaslı razılığa gəlməyə hazır olduğunu bildirdi.
Ancaq hərbçilər Ali Baş Komandanı dəstəkləməyə tələsmirlər: elə həmin gün yenidən atəşkəs pozuldu. Atəş Donetsk vilyətinin Novolaspa yaşayış məntəqəsinə açıldı.
İtki olmayıb, ancaq bir qədər sonra Ukrayna Silahlı Qüvvələrinin iki əsgəri öz fuqasları ilə partladılıb - Donbass uzun müddətdir ki, Kiyevi ərazini minalamaqda və təxribat hazırlamaqda ittiham edir. Yanvar ayında "Zapad" xüsusi təyinatlılar mərkəzinin döyüşçüləri Luqanskaya kazak kəndinə yerləşdiriliblər.
Donbassda 131-ci kəşfiyyat batalyonundan snayper cütlərinin meydana çıxması barədə məlumat verilib. Aydındır ki, Kiyev uzunmüddətli mövqe müharibəsi şəraitində düşməni təqib atəşi və bütün cəbhə xətti boyunca gərginlik ocaqlarının yaradılması ilə qorxutmaq qərarına gəlib. Artilleriya atəşləri də artıb.
Qərbdən gələn təlimatçılar
Yəqin ki, Ukrayna hakimiyyəti bununla Rusiya ilə Qərb arasında aparılan danışıqlar fonunda müttəfiqlərin diqqətini cəlb etmək istəyir. Litvanın müdafiə naziri Arvidas Anuşauskas Aİ həmkarları ilə qeyri-rəsmi görüşdə Ukraynada Avropa İttifaqının hərbi missiyasının yaradılmasını təklif edib. Onu Avropa diplomatiyasının rəhbəri Josep Borrell dəstəkləyib və qeyd edib ki, Brüssel ora "yüksək səviyyəli hərbi kadrlar" hazırlamaq üçün mütəxəssislər göndərməyi planlaşdırır.
"Avropa İttifaqı ukraynalılara nə öyrədəcək?" - deyə hərbi ekspert Yuri Kotenok tərəfindən sual verilir. - Amerikalılar, ingilislər və kanadalılar artıq 7 ildir ki, Yavorovski və digər poliqonlarda bunu edirlər. Oçakov və Nikolayevdə yeni hərbi obyektlər tikilir. Bu cür bəyanatlar bir daha sübut edir ki, Qərb Ukraynanı əməliyyat meydanı, Rusiyanın qarşıdurma nöqtəsi kimi görür. Bu ərazi təkcə ABŞ tərəfindən deyil, həm də Vaşinqtonun göstərişlərini yerinə yetirəm onların peyk dövlətləri tərəfindən işğal olunub".
Amerikalılar həmçinin Ukrayna Silahlı Qüvvələrini daha da gücləndirməyi planlaşdırırlar. Media kəşfiyyat və milli təhlükəsizlik orqanlarının 5 keçmiş əməkdaşına istinadən qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-da Ukraynanın elit xüsusi əməliyyat qüvvələrinin gizli intensiv təlim proqramına nəzarət edir. "Kursantlar"a bir neçə həftə ərzində odlu silahla necə davranmağı, gizlilik üsullarını, müxtəlif taktika növlərini, həmçinin kəşfiyyatla məşqul olmağı öyrədilib.
Qırmızı xətlər
Eyni zamanda, ABŞ və Aİ gözlənilən "Kreml aqressiyası" barədə danışmaqdan çəkinmir. Bu günlərdə ABŞ-ın "The New York Times" qəzeti Rusiyanın fevral ayında hücumu haqqında məlumat verib. Bu yaxınlarda Qərb mediası isə bunun dekabrın sonunda, yanvarın ortasında və sonunda olmasını qeyd ediblər. Bundan əlavə, Ağ Evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Vaşinqtonda guya Moskvanın "işğal"a haqq qazandırmaq üçün təxribatlar hazırladığına dair dəlilləri var.
Kreml belə bir niyyətin olmadığını təkid edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində izah edib ki, Ukrayna ilə sərhəddəki qoşunlar öz təhlükəsizliklərini təmin etmək üçün və yalnız ABŞ və NATO-nun hərbi fəaliyyətlərinə cavab olaraq oradadırlar.
Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya heç vaxt ukraynalıları açıq və ya qapalı şəkildə təhdid etməyib. "Ancaq cənab Zelenski və onun tərəfdaşları isə bunu açıq şəkildə edirlər. Biz çox yaxşı başa düşürük ki, Qərbin bu hakimiyyətə silahların yerləşdirilməsi baxımından etdiyi hər şey onun Ukraynanın şərqindəki problemlərin güclə həlli üsullarına keçməsi üçün əlavə cəlbetmə yaradır. Bizim üçün bu, tamamilə qəbuledilməz başa düşülən səbəblərdir", - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Rusiya Azov dənizində NATO infrastrukturunun və bazalarının öz sərhədlərində olması ilə razılaşmayacaq. Qonşu ölkədə zərbə silahları başqa bir qırmızı xəttdir. Lavrov Qərb tərəfdaşlarına 1999-cu ildə İstanbulda qəbul edilmiş Avropa Təhlükəsizlik Xartiyasını yenidən oxumağı tövsiyə edib.
"İndi Qərbin bəyanatı və etdiyi hər şey o zaman götürülmüş öhdəliklərin kobud şəkildə pozulmasıdır", - deyə Lavrov qeyd edib.
Həmin sənəddə XXI əsrdə dünya ictimaiyyətinin təhlükəsizlik konsepsiyası formalaşdırılıb. Bu iki prinsipə əsaslanır: "hər bir iştirakçı dövlətin təhlükəsizliyi digərlərinin təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlıdır" və "beynəlxalq sülhün qorunması üçün BMT Təhlükəsizlik Şurasının əsas məsuliyyəti" olan kollektivlikdir. Xartiya Rusiya və ABŞ da daxil olmaqla 54 dövlət tərəfindən qəbul edilib, ancaq NATO-nun Avropadakı rolu heç bir şəkildə açıqlanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ryabkov: Rusiya ABŞ və NATO-dan sonsuzadək cavab gözləyə bilməz
Rusiya ABŞ-la danışıqlarda heç bir güzəştə getməyəcək - Səfir
NATO-nun Avropada genişlənməsi qitənin təhlükəsizlik sisteminə əsas zərbədir -Lukaşeviç
Lavrov: Qərb öz hökmranlığını təsdiqləmək istəyir
Xəbər lenti
0