https://sputnik.az/20220113/lavrov-qerb-oz-hokmranligini-tesdiqlemek-isteyir-438135900.html
Lavrov: Qərb öz hökmranlığını təsdiqləmək istəyir
Lavrov: Qərb öz hökmranlığını təsdiqləmək istəyir
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri Rusiya ilə Qərb arasında Cenevrə və Brüsseldə aparılan danışıqlardan danışıb və bildirib ki, heç bir ölkənin və ya ittifaqın Avro-Atlantik... 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T17:15+0400
2022-01-13T17:15+0400
2022-01-13T19:52+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
lavrov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886819_0:0:3072:1728_1920x0_80_0_0_04c276996c5af378cdb10b74be12d8b5.jpg
BAKI, 13 yanvar — Sputnik. Təhlüksizlik zəmanətləri ilə bağlı danışıqlar dünya arenasındakı qarşıdırmanın nə qədər ciddi olduğunu göstərdi. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib."Onlar dünya arenasında ciddi qarşıdurmanı, Qərbin öz hökmranlığını təsdiqləmək cəhdini əks etdirir", – deyə nazir Rusiyanın "Birinci" kanalının "Böyük oyun" proqramında çıxış edərkən vurğulayıb. Nazir onu da əlavə edib ki, heç bir ölkə və ya ittifaq Avro-Atlantik regionunda hökmranlığa iddia etmək hüququna malik deyil.Bununla belə, Lavrov qeyd edib ki, Cenevrə və Brüsseldəki danışıqlar Qərbin güzəştə getməməkdə israr etməsinə rəğmən, işgüzar şəraitdə keçib."Təsdiqləyə bilərəm ki, biz danışdıq, görüş işgüzar şəraitdə keçdi. Qərbin mövqeyi kifayət qədər sərtdir, haradasa iddialıdır, güzəştə getməyəndir, buna baxmayaraq, sakit, işgüzar tərzdə çatdırıldı ki, bu da bizə Vaşinqtonda aparılan danışıqları başa düşmək perspektivinə ümid etməyə imkan verir", – deyə Rusiya XİN-in rəhbəri bildirib.Qərbdən fərqli olaraq Rusiyanın arqumentləri var idiRusiyalı nazir onu da nəzərə çardırıb ki, Rusiya Cenevrə və Brüsseldəki danışıqlarda tərəfdaşlarını Avro-Atlantik regionunda ümumi təhlükəsizlik anlayışını başa düşməyə çağırıb."Qərbdən fərqli olaraq bizim ölkəmizin arqumentləri var idi. Arqumentlər təhlükəsizliyin bölünməzliyi prinsipi ilə bağlı idi... Biz təkidlə onları NATO-nun əmrlərinə deyil, bütün Avro-Atlantik birlik daxilində işlənib-hazırlanmış müqavilələrə qaytardıq".Lavrov onu da əlavə edib ki, Rusiya tərəfi üçün prezidentin birbaşa tapşırıqlarına əməl etmək çox vacib idi.RF və ABŞ danışıqlarının perspektivi varmı?RF və ABŞ danışıqlarının davam etdirilməsi perspektivlərinə də toxunan nazir bildirib ki, bu, Vaşinqton və Brüsselin Moskvanın təkliflərini, o cümlədən NATO-nun genişləndirilməməsi ilə bağlı təklifləri necə qəbul etməsindən asılıdır.Lavrovun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməməsinin, Rusiya Federasiyasına bitişik ərazilərdə zərbə silahlarının yerləşdirilməməsinin və Avropa təhlükəsizlik arxitekturasının 1997-ci ildə, Rusiya Federasiyası-NATO aktı imzalan vaxt yaradılan konfiqurasiyaya qaytarılmasının üç hüquqi təminatı var."Bu üç əsas tələbdir, qalan məsələlər bizim bu üç təşəbbüsümüz üzrə danışıqların necə keçəcəyindən asılıdır", – deyə o bildirib.Lavrov eyni zamanda, Rusiyanın ABŞ və NATO-nun alyansın genişləndirilməməsi ilə bağlı öz vədlərini yerinə yetirəcəyinə və bunun sənədlərdə öz əksini tapacağına ümid etdiyini də bildirib."Biz hər bir halda ümid edirik ki, indi Cenevrə və Brüsseldə verilən vədlər yerinə yetiriləcək. Vədlər isə ABŞ-ın da, NATO-nun da öz təkliflərini kağıza köçürəcəyi ilə bağlı idi", – deyə o bildirib.Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.Bu gün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Vyana platformasında tərəflər arasında məsləhətləşmələr keçirilir.Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.Həmçinin oxuyun:Ryabkov: Rusiya və ABŞ-ın razılığa gəlməsi ilə bağlı əminlik yoxdurRusiyaya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair zəmanət lazımdır - RyabkovNATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİNRusiya və ABŞ-ın danışıqları başa çatıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886819_176:0:2907:2048_1920x0_80_0_0_9a26c79364e920058393eb6d18bfe20d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya nato-nun genişlənməsinə imkan verməyəcək lavrov
rusiya nato-nun genişlənməsinə imkan verməyəcək lavrov
Lavrov: Qərb öz hökmranlığını təsdiqləmək istəyir
17:15 13.01.2022 (Yenilənib: 19:52 13.01.2022) Rusiya XİN rəhbəri Rusiya ilə Qərb arasında Cenevrə və Brüsseldə aparılan danışıqlardan danışıb və bildirib ki, heç bir ölkənin və ya ittifaqın Avro-Atlantik regionda hökmran mövqeyə iddia etmək hüququ yoxdur.
BAKI, 13 yanvar — Sputnik. Təhlüksizlik zəmanətləri ilə bağlı danışıqlar dünya arenasındakı qarşıdırmanın nə qədər ciddi olduğunu göstərdi.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri
Sergey Lavrov bildirib.
"Onlar dünya arenasında ciddi qarşıdurmanı, Qərbin öz hökmranlığını təsdiqləmək cəhdini əks etdirir", – deyə nazir Rusiyanın "Birinci" kanalının "Böyük oyun" proqramında çıxış edərkən vurğulayıb.
Nazir onu da əlavə edib ki, heç bir ölkə və ya ittifaq Avro-Atlantik regionunda hökmranlığa iddia etmək hüququna malik deyil.
Bununla belə, Lavrov qeyd edib ki, Cenevrə və Brüsseldəki danışıqlar Qərbin güzəştə getməməkdə israr etməsinə rəğmən, işgüzar şəraitdə keçib.
"Təsdiqləyə bilərəm ki, biz danışdıq, görüş işgüzar şəraitdə keçdi. Qərbin mövqeyi kifayət qədər sərtdir, haradasa iddialıdır, güzəştə getməyəndir, buna baxmayaraq, sakit, işgüzar tərzdə çatdırıldı ki, bu da bizə Vaşinqtonda aparılan danışıqları başa düşmək perspektivinə ümid etməyə imkan verir", – deyə Rusiya XİN-in rəhbəri bildirib.
Qərbdən fərqli olaraq Rusiyanın arqumentləri var idi
Rusiyalı nazir onu da nəzərə çardırıb ki, Rusiya Cenevrə və Brüsseldəki danışıqlarda tərəfdaşlarını Avro-Atlantik regionunda ümumi təhlükəsizlik anlayışını başa düşməyə çağırıb.
"Qərbdən fərqli olaraq bizim ölkəmizin arqumentləri var idi. Arqumentlər təhlükəsizliyin bölünməzliyi prinsipi ilə bağlı idi... Biz təkidlə onları NATO-nun əmrlərinə deyil, bütün Avro-Atlantik birlik daxilində işlənib-hazırlanmış müqavilələrə qaytardıq".
Lavrov onu da əlavə edib ki, Rusiya tərəfi üçün prezidentin birbaşa tapşırıqlarına əməl etmək çox vacib idi.
RF və ABŞ danışıqlarının perspektivi varmı?
RF və ABŞ danışıqlarının davam etdirilməsi perspektivlərinə də toxunan nazir bildirib ki, bu, Vaşinqton və Brüsselin Moskvanın təkliflərini, o cümlədən NATO-nun genişləndirilməməsi ilə bağlı təklifləri necə qəbul etməsindən asılıdır.
Lavrovun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməməsinin, Rusiya Federasiyasına bitişik ərazilərdə zərbə silahlarının yerləşdirilməməsinin və Avropa təhlükəsizlik arxitekturasının 1997-ci ildə, Rusiya Federasiyası-NATO aktı imzalan vaxt yaradılan konfiqurasiyaya qaytarılmasının üç hüquqi təminatı var.
"Bu üç əsas tələbdir, qalan məsələlər bizim bu üç təşəbbüsümüz üzrə danışıqların necə keçəcəyindən asılıdır", – deyə o bildirib.
Lavrov eyni zamanda, Rusiyanın ABŞ və NATO-nun alyansın genişləndirilməməsi ilə bağlı öz vədlərini yerinə yetirəcəyinə və bunun sənədlərdə öz əksini tapacağına ümid etdiyini də bildirib.
"Biz hər bir halda ümid edirik ki, indi Cenevrə və Brüsseldə verilən vədlər yerinə yetiriləcək. Vədlər isə ABŞ-ın da, NATO-nun da öz təkliflərini kağıza köçürəcəyi ilə bağlı idi", – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.
Bu gün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Vyana platformasında tərəflər arasında məsləhətləşmələr keçirilir.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.