Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun Avropada genişlənməsi qitənin təhlükəsizlik sisteminə əsas zərbədir -Lukaşeviç

© RIA NovostiЛукашевич о карательной операции на Украине и аресте пилота Савченко
Лукашевич о карательной операции на Украине и аресте пилота Савченко - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Bu gün Rusiya-NATO Şurasının iclasından sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana şəhərində məsləhətləşmələr keçirilir.
BAKI, 13 yanvar - Sputnik. Rusiya ATƏT-dən təhlükəsizlik sahəsindəki təkliflərinə adekvat cavab almayıb, bütün söhbətlər onların narahatlığı ətrafında olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Dərhal demək istəyirəm ki, biz tərəfdaşlarımızdan təkliflərimizə adekvat cavab və ya hər hansı reaksiya eşitməmişik. Hər şey onların narahatlıqları, xüsusən də Ukrayna hadisələri kontekstində Rusiyanın guya aqressiv davranışı ətrafında cərəyan edirdi”, - deyə Lukaşeviç ATƏT-in Daimi Şurasının Rusiyanın təhlükəsizlik təkliflərinə həsr olunmuş iclasından sonrakı mətbuat konfransında bildirib.
Daha sonra Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi bildirib ki, NATO-nun Avropada ekspansiyası Avropanın təhlükəsizlik sisteminə əsas zərbədir, bu genişlənmənin qarşısı alınmalıdır:
"Mən hətta NATO-nun Avropadakı mövcudluğunun genişləndirilməsindən danışardım - bu, Avropa təhlükəsizlik sisteminə əsas zərbədir, ona görə də belə genişlənmə hüquqi formada bloklanmalıdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ATƏT ölkələri "bu və ya digər dövlətin təhlükəsizlik sisteminin seçiminə heç kimin təsir edə bilməyəcəyini hesab edərək", sənədlərdə təsbit olunmuş təhlükəsizliyin bölünməzliyi prinsipini “özlərinə məxsus şəkildə şərh ediblər”:
“Onlar bu məqamda nöqtə qoymaq istəyirdilər. Baxmayaraq ki, sənədlərdə təhlükəsizliyin təmin edilməsi yollarınının seçilməsində digər dövlətlərin narahatlığının nəzərə alınması düsturu var”, - deyə Lukaşeviç əlavə edib.
Çərşənbə günü Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra keçirilib.
Bu gün Rusiya-NATO Şurasının iclasından sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana şəhərində məsləhətləşmələr keçirilir.
2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib.
Moskva, xüsusən də Qərb tərəfdaşlarından NATO-nun şərqdə daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazalar yaratmaqdan imtina etmək üçün hüquqi təminat tələb edir.
Həmçinin oxuyun:
Lavrov: Qərb öz hökmranlığını təsdiqləmək istəyir
Ryabkov: Rusiya və ABŞ-ın razılığa gəlməsi ilə bağlı əminlik yoxdur
Rusiyaya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair zəmanət lazımdır - Ryabkov
NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN
Ryabkov: Rusiya və ABŞ-ın razılığa gəlməsi ilə bağlı əminlik yoxdur
Xəbər lenti
0