https://sputnik.az/20220118/nazarbayev-21-gun-sonra-uze-cixdi--men-teqaudcuyem-438271668.html
Nazarbayev 21 gün sonra üzə çıxdı – Mən təqaüdçüyəm
Nazarbayev 21 gün sonra üzə çıxdı – Mən təqaüdçüyəm
Sputnik Azərbaycan
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
2022-01-18T15:51+0400
2022-01-18T15:51+0400
2022-01-18T16:16+0400
dünya xəbərləri
qazaxıstan
nursultan nazarbayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_0:277:3065:2002_1920x0_80_0_0_f75ce12b9ad81ea82d5625eb73e27c9f.jpg
BAKI, 18 yanvar — Sputnik. Qazaxıstanın birinci prezidenti, Elbası Nursultan Nazarbayev xalqa müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, o, Qazaxıstandan iğtişaşların başlamasından bəri ilk dəfə (son 21 gündə) ictimaiyyət önünə çıxıb.Nazarbayev Qazaxıstan xalqına müraciətində qeyd edib ki, yanvar hadisələri bütün Qazaxıstanı silkələyib.O vurğulayıb ki, Qazaxıstanda elitaların qarşıdurması və ya hər hansı bir münaqişə yoxdur: "Bu cür şayiələrin heç bir əsası yoxdur".Nazarbayev, həmçinin qeyd edib ki, o, təqaüdçüdür: "Mən hazırda haqqımın çatdığı istirahətdəyəm. Hazırda Qazaxıstandayam və heç yerə getməmişəm".Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Yanvarın 16-ından etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Səfir Nursultan Nazarbayevin harada olduğunu açıqladı - VİDEO"Elbası"nın kürəkənləri işdən azad olunubSülhməramlıların Qazaxıstandan qaytarılması davam edir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_321:0:3050:2047_1920x0_80_0_0_22ac1f53687385401affdafdb15a60eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazarbayev 21 gün sonra üzə çıxdı – mən təqaüdçüyəm
nazarbayev 21 gün sonra üzə çıxdı – mən təqaüdçüyəm
Nazarbayev 21 gün sonra üzə çıxdı – Mən təqaüdçüyəm
15:51 18.01.2022 (Yenilənib: 16:16 18.01.2022) Yanvarın 16-ından etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.
BAKI, 18 yanvar — Sputnik. Qazaxıstanın birinci prezidenti, Elbası Nursultan Nazarbayev xalqa müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, o, Qazaxıstandan iğtişaşların başlamasından bəri ilk dəfə (son 21 gündə) ictimaiyyət önünə çıxıb.
Nazarbayev Qazaxıstan xalqına müraciətində qeyd edib ki, yanvar hadisələri bütün Qazaxıstanı silkələyib.
O vurğulayıb ki, Qazaxıstanda elitaların qarşıdurması və ya hər hansı bir münaqişə yoxdur: "Bu cür şayiələrin heç bir əsası yoxdur".
Nazarbayev, həmçinin qeyd edib ki, o, təqaüdçüdür: "Mən hazırda haqqımın çatdığı istirahətdəyəm. Hazırda Qazaxıstandayam və heç yerə getməmişəm".
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Yanvarın 16-ından etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.