https://sputnik.az/20220112/sefir-nursultan-nazarbayevin-harada-oldugunu-aciqladi-438096241.html
Səfir Nursultan Nazarbayevin harada olduğunu açıqladı - VİDEO
Səfir Nursultan Nazarbayevin harada olduğunu açıqladı - VİDEO
Sputnik Azərbaycan
Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T17:13+0400
2022-01-12T17:13+0400
2022-01-12T18:02+0400
dünya xəbərləri
səfir
qazaxıstan
nursultan nazarbayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_0:277:3065:2002_1920x0_80_0_0_f75ce12b9ad81ea82d5625eb73e27c9f.jpg
BAKI, 12 yanvar — Sputnik. Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.Səfir Nazarbayevin mətbuat katibi Aidos Ukibayın məlumatına istinad edib.O qeyd edib ki, Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub."O, daimi olaraq vəziyyəti izləyir", - səfir S.Abdıkərimov vurğulayıb.Qeyd edək ki, yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib."KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda yalan şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk", - deyə Ukibay açıqlamasında bildirib.Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883864_321:0:3050:2047_1920x0_80_0_0_22ac1f53687385401affdafdb15a60eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir nursultan nazarbayevin harada olduğunu açıqladı video
səfir nursultan nazarbayevin harada olduğunu açıqladı video
Səfir Nursultan Nazarbayevin harada olduğunu açıqladı - VİDEO
17:13 12.01.2022 (Yenilənib: 18:02 12.01.2022) Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.
BAKI, 12 yanvar — Sputnik. Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.
Səfir Nazarbayevin mətbuat katibi Aidos Ukibayın məlumatına istinad edib.
O qeyd edib ki, Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.
Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.
"O, daimi olaraq vəziyyəti izləyir", - səfir S.Abdıkərimov vurğulayıb.
Qeyd edək ki, yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
"KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda yalan şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk", - deyə Ukibay açıqlamasında bildirib.
Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.