https://sputnik.az/20220115/sulhmeramlilarin-qazaxistandan-qaytarilmasi-davam-edir-438196639.html
Sülhməramlıların Qazaxıstandan qaytarılması davam edir
Sülhməramlıların Qazaxıstandan qaytarılması davam edir
Sputnik Azərbaycan
Sonuncu təyyarənin enişindən sonra təntənəli tədbirlər keçiriləcək. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.
2022-01-15T12:55+0400
2022-01-15T12:55+0400
2022-01-15T13:17+0400
rusiya
rusiya
qazaxıstan
sülhməramlılar
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_0:92:3316:1957_1920x0_80_0_0_d51010fe12979cd0315903519cfbc16e.jpg
BAKI, 15 yanvar - Sputnik. Qazaxıstanda KTMT-nin sülhməramlı missiyasında iştirak edən desantçıların olduğu on təyyarənin hamısı İvanovodakı "Severnı" aerodromunda yerə enib.Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir. “KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlılarının olduğu 10 təyyarənin hamısı Qazaxıstandan Severnı (İvanovo) aerodromuna gəlib”, - Rusiya MN-nin məlumatında deyilir.Qeyd edək ki, bundan əvvəl Aerokosmik Qüvvələrin daha dörd təyyarəsi Moskva vilayətindəki "Çkalovski" aerodromuna eniş edib.Şəxsi heyətin və texnikanın daşınmasında ümumilikdə 15 ədəd İl-76 və üç An-124 iştirak edir.Qeyd olunur ki, sonuncu təyyarənin enişindən sonra təntənəli tədbirlər keçiriləcək. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_293:0:3024:2048_1920x0_80_0_0_7ee3461350ea6a9d9f3deb5e2f43c49c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sülhməramlıların qazaxıstandan qaytarılması davam edir
sülhməramlıların qazaxıstandan qaytarılması davam edir
Sülhməramlıların Qazaxıstandan qaytarılması davam edir
12:55 15.01.2022 (Yenilənib: 13:17 15.01.2022) Şəxsi heyətin və texnikanın daşınmasında ümumilikdə 15 ədəd İl-76 və üç An-124 iştirak edir.
BAKI, 15 yanvar - Sputnik. Qazaxıstanda KTMT-nin sülhməramlı missiyasında iştirak edən desantçıların olduğu on təyyarənin hamısı İvanovodakı "Severnı" aerodromunda yerə enib.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlılarının olduğu 10 təyyarənin hamısı Qazaxıstandan Severnı (İvanovo) aerodromuna gəlib”, - Rusiya MN-nin məlumatında deyilir.
Qeyd edək ki, bundan əvvəl Aerokosmik Qüvvələrin daha dörd təyyarəsi Moskva vilayətindəki "Çkalovski" aerodromuna eniş edib.
Şəxsi heyətin və texnikanın daşınmasında ümumilikdə 15 ədəd İl-76 və üç An-124 iştirak edir.
Qeyd olunur ki, sonuncu təyyarənin enişindən sonra təntənəli tədbirlər keçiriləcək. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.