https://sputnik.az/20220105/azerbaycanda-usaqlar-arasinda-kutlevi-yayilmis-virus-nedir-437875992.html
Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?
Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?
Sputnik Azərbaycan
Həkim valideynlərə məsləhət görüb ki, uşaqlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirməsinlər. 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T15:16+0400
2022-01-05T15:16+0400
2022-01-05T15:16+0400
uşaq
səhiyyə
həkim
virus
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42067/68/420676889_0:112:3076:1842_1920x0_80_0_0_1e36d02ab59b9a12c8e4989a614437f2.jpg
BAKI, 5 yanvar — Sputnik. "Son günlər uşaqlar arasında yayılan virus adi qrip - "influenza" virusunun A və ya B ştammıdır".Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, "influenza"nın A və ya B ştammları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: "Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülər, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər".V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: "Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur".Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: "Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yoluxmaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42067/68/420676889_347:0:3076:2047_1920x0_80_0_0_c0120c44cfa0d995d69d5ffdea00bf61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
həkim uşaq uşaqlar virus kütləvi yyaılma valideynlər məsləhət türkəçarə üsulu müalicə əlamət öskürək
həkim uşaq uşaqlar virus kütləvi yyaılma valideynlər məsləhət türkəçarə üsulu müalicə əlamət öskürək
Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?
Həkim valideynlərə məsləhət görüb ki, uşaqlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirməsinlər.
BAKI, 5 yanvar — Sputnik. "Son günlər uşaqlar arasında yayılan virus adi qrip - "influenza" virusunun A və ya B ştammıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.
Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, "influenza"nın A və ya B ştammları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.
Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: "Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir.
Çünki bəzən valideynlər uşaqlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülər, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər".
V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: "Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur".
Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: "Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yoluxmaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar".