https://sputnik.az/20220115/erebler-azerbaycanda-qanunsuz-qus-ovlayirlar-438200514.html
ETSN: Ceyrançöldə əcnəbilər tərəfindən qanunsuz ov hallarına rast gəlinməyib
ETSN: Ceyrançöldə əcnəbilər tərəfindən qanunsuz ov hallarına rast gəlinməyib
Sputnik Azərbaycan
Ötən ilin dekabr ayında keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar.
2022-01-15T18:03+0400
2022-01-15T18:03+0400
2022-01-15T18:42+0400
ov
cəmiyyət
ərəb
"qırmızı kitab"
https://cdnn1.img.sputnik.az/img/40474/59/404745922_301:281:3600:2137_1920x0_80_0_0_908ab61ca48a0177cb4c9cf0bc5f7fb9.jpg
BAKI, 15 yanvar — Sputnik. Tovuz rayonu ərazisində, Ceyrançöl qışlağında xarici ölkə vətəndaşlarının ov etməsi barədə sosial şəbəkədə yayılan xəbərə Ekologiya və Təbii Sərvətləri Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova münasibət bildirib.Xidmət rəsmisi qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək."Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub. Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları 5 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib", - A. Səmədova bildirib.Onun sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib: "Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanuna müvafiq tədbirlər görüləcək".Qeyd edək ki, sosial şəbəkədə bir qrup ərəbin Tovuz rayonunda Ceyrançöldə "Bəzgək" ovladıqları ilə bağlı məlumat yayılıb. (APA)***Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:"Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər".Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxildir. Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür.Xatırladaq ki, ötən ilin dekabr ayının 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10352 manat məbləğində cərimə olunublar.Qeyd edək ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl "Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük bir düşərgə quraraq nadir quş və heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.Həmçinin oxuyun:Biri qanunsuz dovşan vurur, biri balıq tutur... - FOTOVətəndaşlardan qanunsuz silahlar toplanıldıAraz çayında balıqlar niyə kütləvi şəkildə azalır - FOTO/VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40474/59/404745922_772:228:3252:2088_1920x0_80_0_0_82d2043b98c0a8bd4432641a0b29e0b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ərəblər azərbaycanda qanunsuz quş ovlayırlar?
ərəblər azərbaycanda qanunsuz quş ovlayırlar?
ETSN: Ceyrançöldə əcnəbilər tərəfindən qanunsuz ov hallarına rast gəlinməyib
18:03 15.01.2022 (Yenilənib: 18:42 15.01.2022) Sosial şəbəkədə bir qrup ərəbin Tovuz rayonunda Ceyrançöldə "Bəzgək" ovladıqları ilə bağlı məlumat yayılıb.
BAKI, 15 yanvar — Sputnik. Tovuz rayonu ərazisində, Ceyrançöl qışlağında xarici ölkə vətəndaşlarının ov etməsi barədə sosial şəbəkədə yayılan xəbərə Ekologiya və Təbii Sərvətləri Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova münasibət bildirib.
Xidmət rəsmisi qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək.
"Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub. Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları 5 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib", - A. Səmədova bildirib.
Onun sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib: "Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanuna müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkədə bir qrup ərəbin Tovuz rayonunda Ceyrançöldə "Bəzgək" ovladıqları ilə bağlı məlumat yayılıb.
(APA)
Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:
"Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər".
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
Sputnik Azərbaycan-a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxildir. Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür.
Xatırladaq ki, ötən ilin dekabr ayının 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10352 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl "Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük bir düşərgə quraraq nadir quş və heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.