CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biri qanunsuz dovşan vurur, biri balıq tutur... - FOTO

© AFP 2024 / RAIGO PAJULA Ovçu, arxiv şəkli
Ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.
BAKI, 23 dekabr — Sputnik. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.
Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Şirvan kollektorunun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar.
Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
İmişlidə isə qanunsuz ov edilməsinin qarşısı alınıb. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun:
Laçın polisi qanunsuz ov edən şəxsləri saxlayıb
Vətəndaşlardan qanunsuz silahlar toplanıldı
Xəbər lenti
0