DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Buster doza Covid-in ağırlaşma riskini 100% azaldır - İtaliya Ali Sağlamlıq İnstitutu

© AFP 2024 / ALBERTO PIZZOLIİtaliyada tibbi maskada olan şəxs, arxiv şəkli
İtaliyada tibbi maskada olan şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Əhalisinin sayı təqribən 59,6 mln. nəfər olan İtaliyada bir neçə gündür ki, gündə təxminən 200 min yoluxma halı aşkar edilir.
BAKI, 15 yanvar - Sputnik. Buster doza Covid-in ağırlaşma riskini demək olar ki, 100% azaldır. Sputnik Azərbaycan TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Ali Sağlamlıq İnstitutunun şənbə günü dərc etdiyi məlumatlarda deyilir.

"Koronavirus peyvəndi üçüncü dozada ağır COVID-19 xəstəliyinin qarşısını 98% alır. Əlavə doza ilə peyvənd olunmuş şəxslərdə xəstəliyin ağır gedişinin qarşısının alınmasının effektivliyi 98% təşkil edir", - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, əhalisinin sayı təqribən 59,6 mln. nəfər olan İtaliyada bir neçə gündür ki, gündə təxminən 200 min yoluxma halı aşkar edilir.
Bir gün əvvəl qurumun rəhbəri Silvio Bruzaferro yaxın günlərdə respublikada koronavirusun omikron ştammının üstünlük təşkil edəcəyini bildirərək, ölkədəki ümumi epidemik vəziyyətin kəskin olduğunu dilə gətirib.
Bu günə qədər ölkədə 12 yaşdan yuxarı şəxslərin demək olar ki, 87%-i tam peyvənd dövrünü (2 doza) tamamlayıb. Koronavirus peyvəndinin 119 milyondan çox iynəsi edilib.
Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.
Həmçinin oxuyun:
Azərbaycandakı bütün məhkumlar peyvənd olunub
İnfeksionist ÜST-ə qarşı: Koronovirusda antitelin ölçülməsi mənasız işdir
Omikron daha yaxşısı imiş? Eyvazov suallara cavab verir
Xəbər lenti
0