https://sputnik.az/20220114/nfeksionist-koronovirusda-antitelin-olculmesini-menasiz-is-adlandirib-438154447.html
İnfeksionist ÜST-ə qarşı: Koronovirusda antitelin ölçülməsi mənasız işdir
İnfeksionist ÜST-ə qarşı: Koronovirusda antitelin ölçülməsi mənasız işdir
Sputnik Azərbaycan
Alimin sözlərinə görə, ən doğrusu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun şəkildə yarım ildən bir peyvənd olunmaqdır. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T21:42+0400
2022-01-14T21:42+0400
2022-01-14T21:44+0400
koronavirus
səhiyyə
səhiyyə nazirliyi
üst
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438154419_0:320:3071:2047_1920x0_80_0_0_b65621670c5e40bf3b7bfc27a0522ae2.jpg
BAKI, 14 yanvar — Sputnik. Koronavirusda antitel səviyyəsi immunizasiya haqqında qərar qəbul etmək üçün əsas sayıla bilməz. Bu fikri Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanov Rusiya mətbuatına müsahibəsində səsləndirib.Alim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözügedən yanaşmanın elmi əsasa malik olmadığına dair sübutları ilə razılaşdığını deyib. Onun sözlərinə görə, vaksinasiyadan əvvəl antitel səviyyəsinin ölçülməsi mənasızdır."Ən doğrusu, Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun şəkildə peyvənd olunmaqdır, yəni yarım ildən bir. Bu halda biz həm fərdi, həm ümumilikdə əhali sağlamlığı ilə bağlı maksimum nəticə əldə edə bilərik", – deyə mütəxəssis fikirlərinə aydınlıq gətirib.Hazırda vaksinasiya koronavirusdan ən etibarlı müdafiə vasitəsi hesab olunur. Rusiya səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, COVID-19-a yoluxanlar arasında peyvənd olunmuş şəxslərin payı dörd faizi keçmir, xəstəliyi ağır keçirənlər isə bir faiz təşkil edir. Stasionarlara yerləşdirilənlərin əksəriyyəti peyvənd olunmayan şəxslərdir.Ötən ilin sentyabr ayında ÜST SARS-CoV-2-dn ölüm halları ilə profilaktik immunizasiyadan imtina arasında əlaqə olduğu bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438154419_325:0:3054:2047_1920x0_80_0_0_0aaba71e12241d1b5f0d84e792601922.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyvənddən qabaq antitelin ölçülməsi boş şeydir?
peyvənddən qabaq antitelin ölçülməsi boş şeydir?
İnfeksionist ÜST-ə qarşı: Koronovirusda antitelin ölçülməsi mənasız işdir
21:42 14.01.2022 (Yenilənib: 21:44 14.01.2022) Alimin sözlərinə görə, ən doğrusu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun şəkildə yarım ildən bir peyvənd olunmaqdır.
BAKI, 14 yanvar — Sputnik. Koronavirusda antitel səviyyəsi immunizasiya haqqında qərar qəbul etmək üçün əsas sayıla bilməz. Bu fikri Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanov Rusiya mətbuatına müsahibəsində səsləndirib.
Alim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözügedən yanaşmanın elmi əsasa malik olmadığına dair sübutları ilə razılaşdığını deyib. Onun sözlərinə görə, vaksinasiyadan əvvəl antitel səviyyəsinin ölçülməsi mənasızdır.
"Ən doğrusu, Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun şəkildə peyvənd olunmaqdır, yəni yarım ildən bir. Bu halda biz həm fərdi, həm ümumilikdə əhali sağlamlığı ilə bağlı maksimum nəticə əldə edə bilərik", – deyə mütəxəssis fikirlərinə aydınlıq gətirib.
Hazırda vaksinasiya koronavirusdan ən etibarlı müdafiə vasitəsi hesab olunur. Rusiya səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, COVID-19-a yoluxanlar arasında peyvənd olunmuş şəxslərin payı dörd faizi keçmir, xəstəliyi ağır keçirənlər isə bir faiz təşkil edir. Stasionarlara yerləşdirilənlərin əksəriyyəti peyvənd olunmayan şəxslərdir.
Ötən ilin sentyabr ayında ÜST SARS-CoV-2-dn ölüm halları ilə profilaktik immunizasiyadan imtina arasında əlaqə olduğu bildirilmişdi.