Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün Şərqin ilk operasının səhnəyə qoyulduğu gündür - VİDEO

© Photo : Azerbaijan State Academic Opera and Ballet Theater"Leyli və Məcnun" operasından səhnə
Leyli və Məcnun operasından səhnə - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilib
BAKI, 12 yanvar — Sputnik. Leyli və Məcnun operası dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operasıdır. Opera, Məhəmməd Füzulinin "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılıb. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operasıdır. Sputnik Azərbaycan xəbər verir ki, ilk dəfə 12 yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında "Leyli və Məcnun operası nümayiş olunmuşdu. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.
"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoyub.
Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir.
Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılıb.
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilib.
Xəbər lenti
0