https://sputnik.az/20220110/hoteller-alti-aya-ulduz-ala-bileceklermi-437889081.html
Hotellər altı aya ulduz ala biləcəklərmi?
Hotellər altı aya ulduz ala biləcəklərmi?
Sputnik Azərbaycan
Cərimələrin olması təqdirediləndir və düşünürəm ki, bununla yanaşı təşviqata da geniş yer ayrılmalıdır.
2022-01-10T09:30+0400
2022-01-10T09:30+0400
2022-01-10T10:15+0400
hotel
cəmiyyət
cərimə
xidmət
iqtisadi
ulduz
turizm
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_0:205:3073:1933_1920x0_80_0_0_e62e82bf80c0b2c02753f8dcca22a616.jpg
BAKI, 10 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.Eyni zamanda mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.Bəs bu yenilik nə vəd edir?DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, hotellərin təsnifatlaşdırılması müsbət addımdır:"Biz də hotellərin təsnifatlaşmasının tərəfdarıyıq. Ümumiyyətlə, ulduzsuz hotel olmur. Hər bir ölkənin özünün milli təsnifat sistemi var. Uzun illərdir ki, hotellərin təsnifat sistemi işlənilib hazırlanıb, sonuncu dəfə 2015-ci ildə yenilənib. Avropanın Hotellər, Restroanlar və Kafelər Assosasisyası Təşkilatı bir çox Avropa məkanından olan ölkələri birləşdirə bildi. Onların təsnifat sistemi, qiymətləndirmə meyarları olan sənədləri var. Bu sənəddə minimal tələblər, əlavə bir sıra detallar var ki, biz də onları Azərbaycan üçün işləyib hazırlamışıq. Yəni, həmin sənədi, buradakı standartları milli müstəvimizə gətirmişik. Bu dövlət standartı AZS 745-2015 adlanır".Samir Dübəndi vurğulayır ki, Milli Məclisdə son müzakirələr və qaydalara əsasən demək olar ki, hotellər, mehmanxanalar fəaliyyətə başladıqdan 6 ay ərzində ulduz kateqoriyası almadan çalışa bilərlər:"Belə başa düşürəm ki, 6 aydan sonra onların ulduz kateqosiyası almaları icbari olacaq. Cərimələrin olması bunun icbari olduğunu göstərir. Ümumiyyətlə, könüllü xarakter daşıyan proseslər bir qədər ləng gedir. Əslində hotellərdə ulduzların göstərilməsi müəssisənin özünə lazımdır. Buna əsasən onlar hansı standartlara cavab verdiklərini və işlərini necə qurduqlarını biləcək, hansı çatışmazlıqların olduğunu da öyrənəcəklər. Bunu anlamaq üçün düşünürəm ki, icbarilik vacib idi. Cərimələrin olması təqdirediləndir və düşünürəm ki, bununla yanaşı təşviqata da geniş yer ayrılmalıdır".Ekspert deyir ki, hələ 2018-ci ildə aparılan monitorinqin nəticəsinə görə mehmanxanaların cəmi 22 faizi kateqoriya almışdı ki, bu da kifayət qədər az idi.Samir Dübəndinin sözlərinə görə, hazırda ölkədə mehmanxana və mehmanxana tipli müəssislələrin sayı 650-dən çoxdur:"Statistika Komitəsinin məlumatına görə, pandemiyanın əvvəlində fəaliyyətdə olan hotellərin sayı 650 idi. Lakin bu müddətdə Bakıda təxminən 50 hotel fəaliyyətini dayandırmışdı. Bundan başqa, onların arasında ulduz dərəcəsi şamil olunmayan mehmanxana tipli müəssisələr də var. Mehmanxana tipli müəssisələrə qonaq evləri, otaq sayı 11-dən az olan kiçik otaqlar, mənzillər, koteclər və digərləri - ferma, kənd evləri daxildir. Mehmanxana tipli müəssisələrin aqibəti necə olacaq? Bunlar üçün də standartlar hazırlanmalıdır".Göstərilən ulduza uyğun xidmətin olmaması turistin hüquqlarının pozulmasıdır, deyən Samir Dübəndi onu da vurğulayır ki, hazırda bir sıra beynəlxalq aqreqatorlarda əksər hotellər müvafiq olmayan ulduz dərəcələrini göstərirlər:"Bir çox ölkələrin təcrübəsi olaraq qeyd eidm ki, dövlətlərin turizm sahəsində apardığı təcrübəni həyata keçirən icra qurumuları "Booking.com"un rəhbərliyinə müraicət edir, tələb olaraq irəli sürür ki, aqreqatorda hotelləri qeydiyyata alarkən moderator onlardan dövlət sənədini tələb etsin. Onun üzərindəki identifikasiya ilə məlumatları yoxlamaq olar".Samir Dübəndi onu da qeyd edir ki, bu işdə maraqlı olan tərəflərin hər birinin - həm dövlətin, həm ictimai qurumların, həm də biznes tərəfinin maraqlarını ortaya qoymaq lazımdır:"Tərəflərin iştirakı ilə bu işlər yoluna qoyula bilər. Bizim kifayət qədər təcrübəmiz və ekspertlərimiz var. Bu ekspertlər beynəlxalq və yerli müstəvidə müxtəlif layihələrdə iştirak edirlər. Dövlət qurumlarından çox şey asılıdır. Çünki maliyyə mənbələri onların əlindən keçir. Onlar gərək ki, bu işdə aktiv olsunlar. Həm Ekoloji Turizm Assosasiyasını , həm də Hotellər və Restoranlar Assosasiyasını təmsil edərək bir beyin mərkəzi yarada bilmişik. Müxtəlif standartları işləməyə hazırıq və onsuz da bu işi görürük. Nazirliklər, müxətlif qurumlar bizə müraciət edərək müəyyən məsələlərdə yanaşmalarının düzgün olub-olmadığını öyrənirlər. İstərdik ki, bu işi mütəşəkkil formada edək və bunun bir maliyyə dəstəyi olsun".Onun sözlərinə görə, hazırda Azərbaycanda ulduz alanların əskəriyyəti 4 ulduz kateqoriyasına aid olanlardır:"Onlar təxminən ümumi statistikanın 60 faizini təşkil edirlər. Maraqlıdır ki, bu seqmentə aid olan hotellər bunu anlayır və könüllü olaraq ulduz almaq üçün müraciət edirlər. Lakin daha aşağı ulduz səviyyəsinə aid olan hotellər isə bunun üçün müraciət etmirlər. Bəlkə də onlar məlumatsızlıqdan bunu anlamırlar". “Smart Hotel Managment” şirkətinin rəhbəri, turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, hazırda bir çox hotellər idida etdikləri ulduza əsasən otaqları satırlar:"Onlar özləri istədikləri ulduzla özlərini təqdim edərək bazara çıxırlar. Lakin bundan sonra hər bir hotelə müəyyən kriteriyalara uyğun olaraq ulduz veriləcək. Növbəti altı ay müddətində ulduzu olmayan hotellər bu işə hazırlaşmalı olacaqlar. Burada məqsəd sağlam rəqabət mühitinin yaradılması və bu sahədə keyfiyyətli sistemin qurulmasıdır".C.Aşurov deyir ki, bununla da hotellərin iddia etdikləri ulduz dərəcəsi ilə təqdim etdikləri xidmətin keyfiyyəti arasında elə bir ciddi fərq olmayacaq:"Burada cərimə faktoru önə çıxmamalıdır. Əsas məqsəd sağlam rəqabət mühitinin yaradılmasıdır ki, turistlərə daha yüksək keyfiyyətli xidmətlər göstərilsin. Bütün bu göstəricilər turizm haqda reyestrdə də əksini tapacaq".Həmçinin oxuyun:Qışda dincəlmək bahadır: Turistlər soruşur ki, İlisuda qış turizmi niyə yoxdur?Dövlət Turizm Agentliyi xəbərdarlıq edibUlduzu olmadan işləyən hotellər cərimə ediləcək
https://sputnik.az/20211226/lahiyyatci-halal-restoranda-mehrem-namehrem-meselesine-de-ciddi-emel-olunmalidir-437517298.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427254259_125:0:2856:2048_1920x0_80_0_0_0a1d099f221104bab3923b4447d14988.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hotellərin ulduz təsnifatı - altı aylıq zaman
hotellərin ulduz təsnifatı - altı aylıq zaman
Hotellər altı aya ulduz ala biləcəklərmi?
09:30 10.01.2022 (Yenilənib: 10:15 10.01.2022) Əslində hotellərdə ulduzların göstərilməsi müəssisənin özünə lazımdır - Ekspert
BAKI, 10 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.
Bəs bu yenilik nə vəd edir?
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, hotellərin təsnifatlaşdırılması müsbət addımdır:
"Biz də hotellərin təsnifatlaşmasının tərəfdarıyıq. Ümumiyyətlə, ulduzsuz hotel olmur. Hər bir ölkənin özünün milli təsnifat sistemi var. Uzun illərdir ki, hotellərin təsnifat sistemi işlənilib hazırlanıb, sonuncu dəfə 2015-ci ildə yenilənib. Avropanın Hotellər, Restroanlar və Kafelər Assosasisyası Təşkilatı bir çox Avropa məkanından olan ölkələri birləşdirə bildi. Onların təsnifat sistemi, qiymətləndirmə meyarları olan sənədləri var. Bu sənəddə minimal tələblər, əlavə bir sıra detallar var ki, biz də onları Azərbaycan üçün işləyib hazırlamışıq. Yəni, həmin sənədi, buradakı standartları milli müstəvimizə gətirmişik. Bu dövlət standartı AZS 745-2015 adlanır".
Samir Dübəndi vurğulayır ki, Milli Məclisdə son müzakirələr və qaydalara əsasən demək olar ki, hotellər, mehmanxanalar fəaliyyətə başladıqdan 6 ay ərzində ulduz kateqoriyası almadan çalışa bilərlər:
"Belə başa düşürəm ki, 6 aydan sonra onların ulduz kateqosiyası almaları icbari olacaq. Cərimələrin olması bunun icbari olduğunu göstərir. Ümumiyyətlə, könüllü xarakter daşıyan proseslər bir qədər ləng gedir. Əslində hotellərdə ulduzların göstərilməsi müəssisənin özünə lazımdır. Buna əsasən onlar hansı standartlara cavab verdiklərini və işlərini necə qurduqlarını biləcək, hansı çatışmazlıqların olduğunu da öyrənəcəklər. Bunu anlamaq üçün düşünürəm ki, icbarilik vacib idi. Cərimələrin olması təqdirediləndir və düşünürəm ki, bununla yanaşı təşviqata da geniş yer ayrılmalıdır".
Ekspert deyir ki, hələ 2018-ci ildə aparılan monitorinqin nəticəsinə görə mehmanxanaların cəmi 22 faizi kateqoriya almışdı ki, bu da kifayət qədər az idi.
Samir Dübəndinin sözlərinə görə, hazırda ölkədə mehmanxana və mehmanxana tipli müəssislələrin sayı 650-dən çoxdur:
"Statistika Komitəsinin məlumatına görə, pandemiyanın əvvəlində fəaliyyətdə olan hotellərin sayı 650 idi. Lakin bu müddətdə Bakıda təxminən 50 hotel fəaliyyətini dayandırmışdı. Bundan başqa, onların arasında ulduz dərəcəsi şamil olunmayan mehmanxana tipli müəssisələr də var. Mehmanxana tipli müəssisələrə qonaq evləri, otaq sayı 11-dən az olan kiçik otaqlar, mənzillər, koteclər və digərləri - ferma, kənd evləri daxildir. Mehmanxana tipli müəssisələrin aqibəti necə olacaq? Bunlar üçün də standartlar hazırlanmalıdır".
Göstərilən ulduza uyğun xidmətin olmaması turistin hüquqlarının pozulmasıdır, deyən Samir Dübəndi onu da vurğulayır ki, hazırda bir sıra beynəlxalq aqreqatorlarda əksər hotellər müvafiq olmayan ulduz dərəcələrini göstərirlər:
"Bir çox ölkələrin təcrübəsi olaraq qeyd eidm ki, dövlətlərin turizm sahəsində apardığı təcrübəni həyata keçirən icra qurumuları "Booking.com"un rəhbərliyinə müraicət edir, tələb olaraq irəli sürür ki, aqreqatorda hotelləri qeydiyyata alarkən moderator onlardan dövlət sənədini tələb etsin. Onun üzərindəki identifikasiya ilə məlumatları yoxlamaq olar".
Samir Dübəndi onu da qeyd edir ki, bu işdə maraqlı olan tərəflərin hər birinin - həm dövlətin, həm ictimai qurumların, həm də biznes tərəfinin maraqlarını ortaya qoymaq lazımdır:
"Tərəflərin iştirakı ilə bu işlər yoluna qoyula bilər. Bizim kifayət qədər təcrübəmiz və ekspertlərimiz var. Bu ekspertlər beynəlxalq və yerli müstəvidə müxtəlif layihələrdə iştirak edirlər. Dövlət qurumlarından çox şey asılıdır. Çünki maliyyə mənbələri onların əlindən keçir. Onlar gərək ki, bu işdə aktiv olsunlar. Həm Ekoloji Turizm Assosasiyasını , həm də Hotellər və Restoranlar Assosasiyasını təmsil edərək bir beyin mərkəzi yarada bilmişik. Müxtəlif standartları işləməyə hazırıq və onsuz da bu işi görürük. Nazirliklər, müxətlif qurumlar bizə müraciət edərək müəyyən məsələlərdə yanaşmalarının düzgün olub-olmadığını öyrənirlər. İstərdik ki, bu işi mütəşəkkil formada edək və bunun bir maliyyə dəstəyi olsun".
Onun sözlərinə görə, hazırda Azərbaycanda ulduz alanların əskəriyyəti 4 ulduz kateqoriyasına aid olanlardır:
"Onlar təxminən ümumi statistikanın 60 faizini təşkil edirlər. Maraqlıdır ki, bu seqmentə aid olan hotellər bunu anlayır və könüllü olaraq ulduz almaq üçün müraciət edirlər. Lakin daha aşağı ulduz səviyyəsinə aid olan hotellər isə bunun üçün müraciət etmirlər. Bəlkə də onlar məlumatsızlıqdan bunu anlamırlar".
“Smart Hotel Managment” şirkətinin rəhbəri, turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, hazırda bir çox hotellər idida etdikləri ulduza əsasən otaqları satırlar:
"Onlar özləri istədikləri ulduzla özlərini təqdim edərək bazara çıxırlar. Lakin bundan sonra hər bir hotelə müəyyən kriteriyalara uyğun olaraq ulduz veriləcək. Növbəti altı ay müddətində ulduzu olmayan hotellər bu işə hazırlaşmalı olacaqlar. Burada məqsəd sağlam rəqabət mühitinin yaradılması və bu sahədə keyfiyyətli sistemin qurulmasıdır".
C.Aşurov deyir ki, bununla da hotellərin iddia etdikləri ulduz dərəcəsi ilə təqdim etdikləri xidmətin keyfiyyəti arasında elə bir ciddi fərq olmayacaq:
"Burada cərimə faktoru önə çıxmamalıdır. Əsas məqsəd sağlam rəqabət mühitinin yaradılmasıdır ki, turistlərə daha yüksək keyfiyyətli xidmətlər göstərilsin. Bütün bu göstəricilər turizm haqda reyestrdə də əksini tapacaq".