https://sputnik.az/20211228/dovlet-turizm-agentliyi-xeberdarliq-edib-437685956.html
Dövlət Turizm Agentliyi xəbərdarlıq edib
Dövlət Turizm Agentliyi xəbərdarlıq edib
Sputnik Azərbaycan
Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri daha da intensivləşdirəcək. 28.12.2021, Sputnik Azərbaycan
2021-12-28T23:22+0400
2021-12-28T23:22+0400
2021-12-28T23:22+0400
hotel
azərbaycan xəbərləri
monitorinq
dövlət turizm agentliyi
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
koronavirus
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/42225/91/422259118_0:13:3055:1731_1920x0_80_0_0_da92edd6ae8e4cc8644862f0904b269b.jpg
BAKI, 28 dekabr — Sputnik. Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri bayram günlərində daha da intensivləşdirəcək.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.Məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq."Bir daha hotellərin işçi heyətinə və qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edir, pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq", - Agentlik bəyan edib.Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: "Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/91/422259118_108:0:2839:2048_1920x0_80_0_0_4fe10c688470f45cd895c644ea57f2d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dövlət turizm agentliyi yoxlama monitorinq koronavirus covıd-19 pasportu sertifikat hotel
dövlət turizm agentliyi yoxlama monitorinq koronavirus covıd-19 pasportu sertifikat hotel
Dövlət Turizm Agentliyi xəbərdarlıq edib
Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri daha da intensivləşdirəcək.
BAKI, 28 dekabr — Sputnik. Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri bayram günlərində daha da intensivləşdirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq.
"Bir daha hotellərin işçi heyətinə və qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edir, pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq", - Agentlik bəyan edib.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: "Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir".