CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyatçı: "Halal" restoranda məhrəm, naməhrəm məsələsinə də ciddi əməl olunmalıdır

© Photo : Instagram / turanrestoranRestoran
Restoran - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Sumqayıtda "halal" konseptlə fəaliyyət göstərən restoran Dünya İslam Kulinariya Təşkilatının 1 ulduz - "Moon star"nı alıb.
BAKI, 26 dekabr — Sputnik. "Halal" konsepti dünyanın bir çox ölkələrinin qazanc mənbəyinə çevrilib. Əksər ölkələrdə müsəlman turistləri qəbul etmək və onları məmnun etmək üçün "halal" konseptdə hotel və restoranlar şəbəkəsi yaradılıb. Azərbaycanda "halal" konseptində hotellə yanaşı restoran da mövcuddur. Sputnik Azərbaycan "Halal" konseptində fəlaiyyət göstərən restorana qoyulan tələblər, müştərilərin axını və bu kimi bir çox suallara cavab tapmağa çalışıb.
Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Sputnik Azərbaycan-a açıqlamasında bundan danışıb. Onun sözlərinə görə, bununla bağlı Dünya İslam Kulinariya Təşkilatı tərəfindən standartlar işlənib hazırlanıb:

"Biz təklif etmişik ki, halal restoranlar vergilərdən azad olunsun. Belə restoranların kommunal xərclərinə gəlincə, təklif etmişik ki, onlara həmin vəsait fiziki şəxslərə görə necə hesablanırsa, o cür hesablansın. Çünki halal restoranlar Azərbaycanda gəlir gətirməyəcək. Deyirlər ki, pul haramdadır".

T.Əmiraslanov deyir ki, şərab olmayan yerdə gəlir olmayacaq. Stimul yaratmaq məqsədi ilə bəzi şeyləri "halal" restoranlara pulsuz olaraq vermək lazımdır:
© metbexim.azTahir Əmiraslanov
Tahir Əmiraslanov - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Tahir Əmiraslanov
"Bunun qarşılığında turistlərin sayı artacaq və həmin turistlər ölkəmizdə olduğu müddətdə yalnız qida sahəsində deyil, digər sahələrə də gəlir verəcəklər. Beləcə, ayrılan vəsait dolayı yolla dövlətə daha artıqlaması ilə qaytarılacaq".
Onun sözlərinə görə, hazırda Azərbaycanda "halal" konseptlə fəaliyyət göstərən bir restoran mövcuddur. Sumqayıtda "halal" konseptlə fəaliyyət göstərən restoran Dünya İslam Kulinariya Təşkilatının 1 ulduz - "Moon star"nı alıb:
"Həmin restoranda namaz qılmağa şərait var. Bundan başqa, lazım olan digər tələblərə də riayət edilir. Məsələn, stolda israfçılığa yol verilmir".
T.Əmiraslanov qeyd edir ki, "halal" konseptlə fəaliyyət göstərən restoranlarda ərzaqla yanaşı xidmət də halal olmalıdır.
"Halal" konseptlə fəaliyyət göstərən restorandan isə bildirilib ki, Dünya İslam Təşkilatının "halal" restoranla bağlı əsas tələbləri alkaqollu içkilərin verilməməsi, ət və ət məhsullarının halallığına zəmanətin verilməsidir. Üç ildir ki, sertifikatla təmin olunan restoranın rəsmisi İslam ölkələri turistlərinin Azərbaycana cəlb olunması üçün müəyyən tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Restorandan onu da bildiriblər ki, pandemiyadan əvvəlki dövr ilə müqayisədə müştəri sayında azalma müşahidə olunur. Müştərilərin əksəriyyətini isə yerlilər təşkil edir. Burada qiymətlər hazırkı bazar qiymətlərinə uyğundur.
İlahiyyatçı Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, islam şəriətinə görə, nəyinsə halal olması üçün qaydalar, qanunlar var və bu çərçivədə ölkəmizdə "halal" konsepti ilə fəaliyyət göstərən marketlərin, ticarət mərkəzlərinin, hotel və restoranların meydana gəlməsi sevindiricidir:
© Photo : Modernİlahiyyatçı Elşad Mahmudov
İlahiyyatçı Elşad Mahmudov - Sputnik Azərbaycan, 1920, 25.12.2021
İlahiyyatçı Elşad Mahmudov
"Halal" restoran təcrübəsi dünyada da mövcuddur. "Halal" restoranların yaradılması həm ölkəyə xarici turistlərin cəlb olunmasında önəmli addımdır. Belə olan halda həm yerli kapitalımız özümüzdə qalacaq, eyni zamanda xaricdən də turistləri cəlb etmiş olacağıq".
O halal konseptdə bəzi həssas məsələlərə diqqət ediməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, ətin halal kəsiminə ciddi şəkildə diqqət etmək lazımdır. Ümumiyyətlə, yalnız ətin deyil, içkinin halal olması, ətin halal yağda bişirilməsi xüsusi önəm daşıyır:

"Lakin halallıq məsələsi yemək-içməklə yekunlaşmamalıdır. İslamda halal deyərkən sadəcə bunlar əmr edilmir. Burada ədalətli olmaq, dürüst olmaq, səmimi olmaq, müştərini aldatmamaq da nəzərdə tutulur. Yəni müştəriyə köhnə mal verməmək lazımdır. Çünki "halal" konsept sadəcə alkaqollu içkinin, donuz ətinin olub-olmaması demək deyil. "Halal" konsept geniş məfhumdur. Xidmət sahəsində halallıq qorunmalıdır. Mal gündəlik olaraq həmin günün şərtlərinə uyğun satılmalıdır. Bəzən məhsulu halal adlandırıb onu çox baha da satırlar".

İlahiyyatçı deyi ki, "halal" konseptlə fəaliyyət göstərdiyini elan edən restoranlara nəzarət edilməli, onlar sertifikatlaşmalıdırlar:
""Halal" restoranlara həm ictimai, eyni zamanda dövlət nəzarətinin olması vacibdir. Məhrəm, naməhrəm məsələsi ilə bağlı islamda qeydlər yer alıb, bunlara ciddi şəkildə əməl olunmalıdır".
Həmçinin oxuyun:
"Halal Hotel" nədir? - Azərbaycanda yenilik
Bu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıb
Turizm reyestrində məlumatlarınız düz olmazsa...
Xəbər lenti
0