Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb

© Sputnik / Kamal AlmuradlıPPX
PPX - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
BAKI, 10 yanvar — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri -Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar.
Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Həmçinin oxuyun:
Bakıda oğurlanan iki yaşlı uşaq tapılıb - VİDEO
Direktor evindən oğurluq edən dayəyə hökm oxunub
Xəbər lenti
0