Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Direktor evindən oğurluq edən dayəyə hökm oxunub

© AFP 2024 / THOMAS COEXMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Təqsirləndirilən şəxs deyib ki, S.Orucova direktor olduğu liseydə onu laborant kimi işə qəbul etdirib.
BAKI, 6 yanvar — Sputnik. Bakıda oğurluqda təqsirləndirilən Gülnar İsmayılovaya hökm oxunub, ona şərti cəza verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.
Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, G.İsmayılova Bakıda liseylərin birində direktor vəzifəsində çalışan Sevinc Orucovanın evindən ümumilikdə 57800 manatlıq oğurluq edib.
Daha sonra zərərçəkmiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
G.İsmayılova şübhəli şəxs qismində saxlanılıb. Məhkəmədə ifadə verən G.İsmayılova bildirib ki, S.Orucovanın uşağının dayəsi olub. Təqsirləndirilən şəxs həmçinin deyib ki, S.Orucova direktor olduğu liseydə onu laborant kimi işə qəbul etdirib.
Xəbər lenti
0