https://sputnik.az/20220109/serhedlerimizi-metbexle-berpa-edeceyik---tahir-emiraslanov-437835390.html
Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - Tahir Əmiraslanov
Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - Tahir Əmiraslanov
Sputnik Azərbaycan
Turist təyyarədən sonra ən çox pulu hotelə, qidaya xərcləyir. Hətta qidaya hotelə xərclədiyi vəsaitdən daha çox xərcləyir.
2022-01-09T18:40+0400
2022-01-09T18:40+0400
2022-01-09T18:42+0400
mətbəx
cəmiyyət
kulinariya
peşə təhsili
https://cdnn1.img.sputnik.az/img/42256/37/422563712_0:0:2000:1125_1920x0_80_0_0_213fc195b7aa11a89590a4e735e35c76.jpg
BAKI, 9 yanvar — Sputnik. 44 günlük Vətən müharibəsi Azərbaycanı dünyaya həm də qələbə qazanan ölkə kimi hərbi qüdrəti ilə tanıtdı. Bunadək isə ölkəmiz öz mədəniyyəti, incəsənəti ilə dünyada tanınıb. Azərbaycanın milli xörəkləri də dillər əzbəridir.Sputnik Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanovla son görülən işlər, kulinariya sahəsindəki problemlər haqda söhbətləşib.- Son zamanlar Assosiasiya tərəfinrdən nə işlər görülüb? Hansı planlarınız var?- Bu ilin yanvar ayının sonunda Yunanıstanda çempionat keçiriləcək. Bundan başqa, martda da Livanda çempionat olacaq, artıq mən ora münsiflər heyətinin sədri olaraq təyin olunmuşam. Azərbaycan mətbəxi ilə bağlı kitablarımızdan da uğurlu nəticələr əldə edirik. "İrəvan mətbəxi" kitabım birinciliyə layiq görüldü. Həmin kitab ingilis, italiyan dilinə tərcümə olunub, artıq onun çapını gözləyirik. "Qarabağ mətbəxi" kitabına 50 xörək əlavə olunur, həmçinin yeni müəlliflər kitaba daxil edilir. Əlavə olaraq şəkillər çəkilir, həmin yeni kitab rus dilində nəşr olunacaq. Bundan başqa, "Dərbənd mətbəxi" kitabı demək olar ki, işlənilib. "Bakı mətbəxi" kitabı artıq hazırdır. Gürcüstanda yaşamış, yaşayan azərbaycanlıların mətbəxinin xəritəsi işlənilir. Yüzlərlə belə işimiz var, nəfəs almağa vaxtımız yoxdur. Siyasi xəritələrdə aramızda sərhədlər olsa da, süfrəyə yemək gələn kimi, rəqsi, musiqini görən kimi bilirsən ki, Azərbaycandasan. Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik. Qeyd etdiyim ideyanın üzərində işləyəcəyik. - Restoranlarla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?- Restoranlarla bağlı vəziyyət gərgin, ağır olaraq qalır. Pandemiya ilə əlaqədar olaraq Pribaltika ölkələrində restoranlar 3-5 illik vergilərdən azad edildi. Bizdə isə COVID-19-a görə əksər restoranlarda işlər dayandırıldı. Yoxlamalar artdı. Çox restoranlar bağlandı, hazırda fəaliyyət göstərənlərin çoxu güclə nəfəs ala bilir. Belə davam edərsə, restoranlarımızın 20-30 faizi bağlanacaq. Vəziyyət belədir...- Restoranların təsnifatlandırılmasına ehtiyac varmı?- Restoranların təsnifatlandırılmasına uzun müddətdir ki ehtiyac var, dövlət məsələ ilə ciddi məşğul olmalıdır. Təhsil sistemindəki yeniliklər özlərinə qalsın... Amma heç olmasa, bizim sahədə Sovet tədrisinə qayıtmaq lazımdır. İş o yerə çatıb ki, ali təhsil alanlar arasında restoran qura biləcək mühəndis-texnoloqlarımız yoxdur. Yaxşı restoran qurmaq üçün mütləq xaricdən müətəxəssis gətirilməlidir. Çünki təhsil sistemi bizə mütəxəssisi verə bilmir. İctimai-iaşə sistemini qida sənayesi sisteminə birləşdirdilər. Qida sənayesində xidmət yoxdur.- Peşə məktəblərində vəziyyət necədir? - Peşə məktəblərini təhsil nazirliyinin sisteminə əlavə ediblər. Təsəvvür edin, burada aşpaz köməkçisi ixtisası var. Bir azdan müdirlər, nazirlər üçün ixtisaslar olacaq. Vəzifəni deyil, ixtisası hazırlamaq lazımdır. Bununla bağlı nə qədər irad bildirmişəm. Elə sistem qurulmalıdır ki, aşpazlar öyrədilsin, əlləri çörəyə çata bilsin. Çünki kimsə bizə gətirib yaxşısını verməyəcək. Ona görə sistem, yanaşma tamamilə dəyişilməlidir. İnstitut vəzifə hazırlayırsa, o institut deyil. Lakin bizdə bu var. Bizim sahəmizdə peşə təhsili sistemi ümumiyyətlə bərbad vəziyyətdədir. Hazırda mövcud peşə məktəblərinin demək olar ki, heç birində aşpaz hazırlamaq olmaz. Buradakı müəllimlər o qədər güclü deyil. Sahəni ümumiyyətlə bilməyən şəxslər dərs deyirlər. Pedoqoji universitetdə peşə təhsili şöbəsi var. Oranı bitirənlər gəlib aşpazlıqdan dərs deyir. İxtisası bilmək vacibdir. Son illərdə qeyd etdiyim ixtisas üçün hazırlanan kitablarla dərs keçmək olmaz. O sonuncu nəşr olunan kitabların yazarlarını oturtmuşam, onlar özləri yazdıqlarını başa düşmürlər. Peşə məktəbinə sənəd verənlər ali təhsil ala bilməyən, savadsız uşaqlardır. Onlar onsuz da oxumurlar. Savadsız müəllimlərdən, oxuna bilməyən, anlaşılmayan kitablardan nə öyrənə biləcəkər? Təsəvvür edin, "blinçik"i fəsəli kimi təqdim edirlər. Onlar bunu peşə məktəbində öyrəndiklərini deyirlər. Beləcə, zəhərlənmələrin sayı artdı. Restoran biznesi pis vəziyyətdə olduğu üçün ölümlərin sayı artacaq. Restoranlarımızın cari vəziyyəti turizmə töhfə verməyəcək. Çünki turizmdən gələn gəlirin 25-30 faizi qidadandır. Əcnəbilər restoranlarla bağlı vəziyyəti bilsələr, bura gəlməyəcəklər. Dünya Turizm Təşkilatının 80 ölkə üzrə olan tədqiqatına görə ölkə turistin yadında 82 faiz mətbəxinə görə qalır. Bundan başqa, turist gəldiyi ölkədə öz mətbəxini yenidən dadmaq istəmir. Turist təyyarədən sonra ən çox pulu hotelə, qidaya xərcləyir. Hətta qidaya hotelə xərclədiyi vəsaitdən daha çox xərcləyir. Çünki turistlər bəzən adi evlərdə qalıb, daha keyfiyyətli qidalanmağa üstünlük verirlər. Turistin biri zəhərlənsə, ölkənin turizmə qoyduğu bütün investisiya batacaq. Çünki bütün dünya həmin ölkəni qida üçün təhlükəli yer olaraq dəyərləndirəcək.- Aşpaz bazarımızın vəziyyətini necə qiymətləndirirsiniz?- Rusdilli ölkələrdə 10-20 min aşpaz işləyir. Bizim əsas aşpaz bazarımız oradır. Avropa ölkələri isə bizdən 1-2 aşpaz alacaq, ya yox. Çin isə bizdən 30 aşpaz alıb. Hələ təzə bazar yaranmayıb, Avropa bizdən kimisə almır. 20 min aşpaz həzm eləyən rusdilli ölkələrin bazarı bizdən bu gedişlə aşpazları almayacaq. Hər aşpaz ayda evinə 1000 dollar pul göndərir. İndi isə bunun qarşısı alınacaq. Bunların mütərəqqilik düşüncəsi budur. Ona görə təklif edirəm ki, peşə təhsili üçün çap edilən kitablar hamısı yandırılsın, onları kimsə görməsin. Təzədən müəllimlər hazırlansın, əvvəlki hazırlıq sisteminə qayıdılsın.- Başqa hansı problemlər var?- Peşə məktəblərinə barı, ərzaq ayrılmalıdır. Ərzaqsız aşpaz hazırlanmır. Nəzəriyyə biliklərin 85 faizini təşkil etməlidir. Tələbələri restoranlara təcrübəyə göndərməklə aşpaz hazırlanmamalıdır. Məktəbin öz emalatxanasında aşpaz hazırlanmaldır. Çünki restoranda yaxşı-pis 40 xörək hazırlanır, bu aşpaz yaxşı-pis onu götürür, gedib işləyəcəyi restoranda həmin xörəkləri hazırlayacaq. Onun yanına təcrübəyə gələnlər başqa restoranda aşpaz olur. Beləcə, bütün Azərbaycanda bizim 4 min xörəkdən 30-40 xörəyimiz bişirilmiş olacaq. Hara gedirsənsə, eyni xörəkləri verirlər. Aşpazlara verilən təhsil murdar vəziyyətdədir. Bu sistemi ayırmaq lazımdır və 5-7 il ərzində bu sistem dövlət tərəfindən maliyyələşməlidir. Müəyyən müddətdən sonra dövlətin maliyyə dəstəyinə ehtiyac olmayacaq. Biz qayıtdığımız Qarabağda turizmi qurmalıyıq. Lakin belə müətxəssislərlə restoranlar heç olub gedəcək. Stolların üstündə menyu yoxdur. Menyu olmalıdır, müştəri bilməlidir ki, 10 manat verdiyi kababın qədəri nədir. Lakin meynyuda nə qədər, nə də ki onun tərkibi qeyd olunur.Həmçinin oxuyun:Dünyada quyruq və kərə yağından gözəl, faydalı heç nə yoxdur - Tahir ƏmiraslanovBayram süfrəsində ağlınızda mütləq bir hamilə qadın olsunYeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42256/37/422563712_158:0:1931:1330_1920x0_80_0_0_375243117dfb6f44d2e97c53e483c978.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - tahir əmiraslanov
sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - tahir əmiraslanov
Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - Tahir Əmiraslanov
18:40 09.01.2022 (Yenilənib: 18:42 09.01.2022) Aşpazlara verilən təhsil murdar vəziyyətdədir. Sistemi ayırmaq lazımdır və 5-7 il ərzində həmin sistem dövlət tərəfindən maliyyələşməlidir. Müəyyən müddətdən sonra dövlətin maliyyə dəstəyinə ehtiyac olmayacaq - Prezident
BAKI, 9 yanvar — Sputnik. 44 günlük Vətən müharibəsi Azərbaycanı dünyaya həm də qələbə qazanan ölkə kimi hərbi qüdrəti ilə tanıtdı. Bunadək isə ölkəmiz öz mədəniyyəti, incəsənəti ilə dünyada tanınıb. Azərbaycanın milli xörəkləri də dillər əzbəridir.
Sputnik Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti,
Mili Mətbəx Mərkəzinin rəhbəri
Tahir Əmiraslanovla son görülən işlər, kulinariya sahəsindəki problemlər haqda söhbətləşib.
- Son zamanlar Assosiasiya tərəfinrdən nə işlər görülüb? Hansı planlarınız var?
- Bu ilin yanvar ayının sonunda Yunanıstanda çempionat keçiriləcək. Bundan başqa, martda da Livanda çempionat olacaq, artıq mən ora münsiflər heyətinin sədri olaraq təyin olunmuşam. Azərbaycan mətbəxi ilə bağlı kitablarımızdan da uğurlu nəticələr əldə edirik. "İrəvan mətbəxi" kitabım birinciliyə layiq görüldü. Həmin kitab ingilis, italiyan dilinə tərcümə olunub, artıq onun çapını gözləyirik. "Qarabağ mətbəxi" kitabına 50 xörək əlavə olunur, həmçinin yeni müəlliflər kitaba daxil edilir. Əlavə olaraq şəkillər çəkilir, həmin yeni kitab rus dilində nəşr olunacaq. Bundan başqa, "Dərbənd mətbəxi" kitabı demək olar ki, işlənilib. "Bakı mətbəxi" kitabı artıq hazırdır. Gürcüstanda yaşamış, yaşayan azərbaycanlıların mətbəxinin xəritəsi işlənilir. Yüzlərlə belə işimiz var, nəfəs almağa vaxtımız yoxdur. Siyasi xəritələrdə aramızda sərhədlər olsa da, süfrəyə yemək gələn kimi, rəqsi, musiqini görən kimi bilirsən ki, Azərbaycandasan. Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik. Qeyd etdiyim ideyanın üzərində işləyəcəyik.
- Restoranlarla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Restoranlarla bağlı vəziyyət gərgin, ağır olaraq qalır. Pandemiya ilə əlaqədar olaraq Pribaltika ölkələrində restoranlar 3-5 illik vergilərdən azad edildi. Bizdə isə COVID-19-a görə əksər restoranlarda işlər dayandırıldı. Yoxlamalar artdı. Çox restoranlar bağlandı, hazırda fəaliyyət göstərənlərin çoxu güclə nəfəs ala bilir. Belə davam edərsə, restoranlarımızın 20-30 faizi bağlanacaq. Vəziyyət belədir...
- Restoranların təsnifatlandırılmasına ehtiyac varmı?
- Restoranların təsnifatlandırılmasına uzun müddətdir ki ehtiyac var, dövlət məsələ ilə ciddi məşğul olmalıdır. Təhsil sistemindəki yeniliklər özlərinə qalsın... Amma heç olmasa, bizim sahədə Sovet tədrisinə qayıtmaq lazımdır. İş o yerə çatıb ki, ali təhsil alanlar arasında restoran qura biləcək mühəndis-texnoloqlarımız yoxdur. Yaxşı restoran qurmaq üçün mütləq xaricdən müətəxəssis gətirilməlidir. Çünki təhsil sistemi bizə mütəxəssisi verə bilmir. İctimai-iaşə sistemini qida sənayesi sisteminə birləşdirdilər. Qida sənayesində xidmət yoxdur.
- Peşə məktəblərində vəziyyət necədir?
- Peşə məktəblərini təhsil nazirliyinin sisteminə əlavə ediblər. Təsəvvür edin, burada aşpaz köməkçisi ixtisası var. Bir azdan müdirlər, nazirlər üçün ixtisaslar olacaq. Vəzifəni deyil, ixtisası hazırlamaq lazımdır. Bununla bağlı nə qədər irad bildirmişəm. Elə sistem qurulmalıdır ki, aşpazlar öyrədilsin, əlləri çörəyə çata bilsin. Çünki kimsə bizə gətirib yaxşısını verməyəcək. Ona görə sistem, yanaşma tamamilə dəyişilməlidir. İnstitut vəzifə hazırlayırsa, o institut deyil. Lakin bizdə bu var. Bizim sahəmizdə peşə təhsili sistemi ümumiyyətlə bərbad vəziyyətdədir. Hazırda mövcud peşə məktəblərinin demək olar ki, heç birində aşpaz hazırlamaq olmaz. Buradakı müəllimlər o qədər güclü deyil. Sahəni ümumiyyətlə bilməyən şəxslər dərs deyirlər. Pedoqoji universitetdə peşə təhsili şöbəsi var. Oranı bitirənlər gəlib aşpazlıqdan dərs deyir. İxtisası bilmək vacibdir. Son illərdə qeyd etdiyim ixtisas üçün hazırlanan kitablarla dərs keçmək olmaz. O sonuncu nəşr olunan kitabların yazarlarını oturtmuşam, onlar özləri yazdıqlarını başa düşmürlər. Peşə məktəbinə sənəd verənlər ali təhsil ala bilməyən, savadsız uşaqlardır. Onlar onsuz da oxumurlar. Savadsız müəllimlərdən, oxuna bilməyən, anlaşılmayan kitablardan nə öyrənə biləcəkər? Təsəvvür edin, "blinçik"i fəsəli kimi təqdim edirlər. Onlar bunu peşə məktəbində öyrəndiklərini deyirlər. Beləcə, zəhərlənmələrin sayı artdı. Restoran biznesi pis vəziyyətdə olduğu üçün ölümlərin sayı artacaq. Restoranlarımızın cari vəziyyəti turizmə töhfə verməyəcək. Çünki turizmdən gələn gəlirin 25-30 faizi qidadandır. Əcnəbilər restoranlarla bağlı vəziyyəti bilsələr, bura gəlməyəcəklər. Dünya Turizm Təşkilatının 80 ölkə üzrə olan tədqiqatına görə ölkə turistin yadında 82 faiz mətbəxinə görə qalır. Bundan başqa, turist gəldiyi ölkədə öz mətbəxini yenidən dadmaq istəmir. Turist təyyarədən sonra ən çox pulu hotelə, qidaya xərcləyir. Hətta qidaya hotelə xərclədiyi vəsaitdən daha çox xərcləyir. Çünki turistlər bəzən adi evlərdə qalıb, daha keyfiyyətli qidalanmağa üstünlük verirlər. Turistin biri zəhərlənsə, ölkənin turizmə qoyduğu bütün investisiya batacaq. Çünki bütün dünya həmin ölkəni qida üçün təhlükəli yer olaraq dəyərləndirəcək.
- Aşpaz bazarımızın vəziyyətini necə qiymətləndirirsiniz?
- Rusdilli ölkələrdə 10-20 min aşpaz işləyir. Bizim əsas aşpaz bazarımız oradır. Avropa ölkələri isə bizdən 1-2 aşpaz alacaq, ya yox. Çin isə bizdən 30 aşpaz alıb. Hələ təzə bazar yaranmayıb, Avropa bizdən kimisə almır. 20 min aşpaz həzm eləyən rusdilli ölkələrin bazarı bizdən bu gedişlə aşpazları almayacaq. Hər aşpaz ayda evinə 1000 dollar pul göndərir. İndi isə bunun qarşısı alınacaq. Bunların mütərəqqilik düşüncəsi budur. Ona görə təklif edirəm ki, peşə təhsili üçün çap edilən kitablar hamısı yandırılsın, onları kimsə görməsin. Təzədən müəllimlər hazırlansın, əvvəlki hazırlıq sisteminə qayıdılsın.
- Başqa hansı problemlər var?
- Peşə məktəblərinə barı, ərzaq ayrılmalıdır. Ərzaqsız aşpaz hazırlanmır. Nəzəriyyə biliklərin 85 faizini təşkil etməlidir. Tələbələri restoranlara təcrübəyə göndərməklə aşpaz hazırlanmamalıdır. Məktəbin öz emalatxanasında aşpaz hazırlanmaldır. Çünki restoranda yaxşı-pis 40 xörək hazırlanır, bu aşpaz yaxşı-pis onu götürür, gedib işləyəcəyi restoranda həmin xörəkləri hazırlayacaq. Onun yanına təcrübəyə gələnlər başqa restoranda aşpaz olur. Beləcə, bütün Azərbaycanda bizim 4 min xörəkdən 30-40 xörəyimiz bişirilmiş olacaq. Hara gedirsənsə, eyni xörəkləri verirlər. Aşpazlara verilən təhsil murdar vəziyyətdədir. Bu sistemi ayırmaq lazımdır və 5-7 il ərzində bu sistem dövlət tərəfindən maliyyələşməlidir. Müəyyən müddətdən sonra dövlətin maliyyə dəstəyinə ehtiyac olmayacaq. Biz qayıtdığımız Qarabağda turizmi qurmalıyıq. Lakin belə müətxəssislərlə restoranlar heç olub gedəcək. Stolların üstündə menyu yoxdur. Menyu olmalıdır, müştəri bilməlidir ki, 10 manat verdiyi kababın qədəri nədir. Lakin meynyuda nə qədər, nə də ki onun tərkibi qeyd olunur.