CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada quyruq və kərə yağından gözəl, faydalı heç nə yoxdur - Tahir Əmiraslanov

© pixabay / Steve BuissinneYağ
Yağ - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
Yağın cinsi istəyə faydası da var. Böyrəkaltı və böyrəküstü vəzlər mütləq testosteron istehsal etməlidir ki, qarşı tərəfə istək yaransın - Kulinar
BAKI, 2 yanvar — Sputnik. Bu gün bir çoxları sağlam qidalanmaq üçün yağdan imtina edir. Bir çox mütəxəssislər də yağlı qidaların insan səhhətinə zərərli olduğunu bildirirlər. Lakin Milli Kulinariya Assosiasiyasının prezidenti, Milli Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu fikirlərlə razı deyil. Sputnik Azərbaycan-a açıqlamasında T.Əmiraslanov yağın insan səhhəti üçün daha çox faydalı olduğunu bildirir və bunun səbəblərini izah edir:
"Mətbəximizin yağlı olması, yağdan çox istifadə edilməsi gözəldir. Yağın heç bir ziyanı yoxdur, o dərmandır. Dərman hesab etdiyimiz bu məhsulun keyfiyyət və keyfiyyətsizlik məsələsinə gəldikdə isə ümumiyyətlə, bütün qidaların keyfiyyətsizi ziyanlıdır. Biz bu amili yalnız keyfiyyətsiz yağlara şamil etməli deyilik. Yağdan danışırıqsa, normal yağdan danışırıq, demək ki... Ətdən də danışırıqsa, demək ki, normal ətdən danışırıq".
Tahir Əmiraslanov deyir ki, yağdan imtina, yağ yeməmək daha çox problemlər, xəstəliklər, vitamin çatışmazlığı yaradır:

"Yağ yeməmək ağılsızlıqdır. Kökəlməmək üçün şirniyyatdan imtina etmək lazımdır. Dünyada quyruq və kərə yağından gözəl, insan üçün faydalı, dərman hesab ediləcək heç nə yoxdur. Beyindəki hüceyrələrin hamısı təmiz xolesterindir. Baxın, indi xəstəliklər yayılır. Kim ki, yağlı xörəklər yemirsə, onun bədəninə A, E vitaminləri getməyəcək, dəri tez qırışacaq, tez xəstəliklərə tutulacaq, qocalacaqlar. Beləcə, immun sistemi zəifləyəcək".

© Sputnik / Murad OrujovПрезидент Ассоциации национальной кулинарии и Центра кулинарии Таир Амирасланов
Президент Ассоциации национальной кулинарии и Центра кулинарии Таир Амирасланов - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Президент Ассоциации национальной кулинарии и Центра кулинарии Таир Амирасланов
T.Əmiraslanov bildirir ki, xolesterin yeməyənlərdə qarşı cinsə qarşı istək yoxa çıxır:
"Yağın cinsi istəyə faydası da var. Böyrəkaltı və böyrəküstü vəzilər mütləq testosteron istehsal etməlidir ki, qarşı tərəfə istək yaransın. Testosteronun da tərkibi xolesteroldur. Xolesterol bədənə daxil olmursa, böyrəküstü vəz nədən bunu istehsal etməlidir? Deməli, cinsi istəyin olması üçün yağ çox önəmli bir dərmandır".
Qeyd edək ki, bir çox ekspertlərin qənaətinə görə, bütün günü kərə yağında hazırlanan, qızardılmış və çətin həzm olunan yeməklərdən istifadə etmək zərərlidir. Mütəxəssislər bildirirlər ki, kərə yağını müəyyən miqdarda qəbul etmək lazımdır. Belə olmazsa, yağın tərkibində olan xolesterin müəyyən problemlərə, məsələn, qan-damar sisteminin xəstəliklərinə və daxili orqanların zədələnməsinə səbəb ola bilər. Onlar xolesterinin qan-damarları üçün zərərli olduğunu vurğulayırlar.
Həmçinin oxuyun:
Bayram süfrəsində ağlınızda mütləq bir hamilə qadın olsun
Yeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən
Cənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov
Xəbər lenti
0