https://sputnik.az/20211231/bayram-sufresinde-aglinizda-mutleq-bir-hamile-qadin-olsun-437607937.html
Bayram süfrəsində ağlınızda mütləq bir hamilə qadın olsun
Bayram süfrəsində ağlınızda mütləq bir hamilə qadın olsun
Sputnik Azərbaycan
Bayram günlərini tez unutmağa qoymayan bir amil də olur: artıq çəki. Mütəxəssislər düzgün qidalanmağın qızıl qaydalarını açıqlayırlar. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T16:05+0400
2021-12-31T16:05+0400
2021-12-31T16:05+0400
qida
səhiyyə
ərzaq
yemək
qidalanma
https://cdnn1.img.sputnik.az/img/42422/10/424221049_0:0:2000:1125_1920x0_80_0_0_68c29be25b1050c13a7a535878297199.jpg
BAKI, 31 dekabr — Sputnik. Necə düzgün qidalanmalıyıq - əksəriyyətimizi düşündürən sualdır. Çünki bu həm həyat tərzimizə, həm sağlamlığımıza, həm də görünüşümüzə birbaşa təsir edir.Bəs düzgün qidalanmanın asan yolu varmı? Sputnik Azərbaycan bu sualla mütəxəssislərə müraciət edib.Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və diyetoloq Məlahət Kərimova Sputnik Azərbaycan-a açıqlamalarında düzgün qidalanmanın qızıl qaydalarını sadalayıblar.Hamilə qadın prinsipiTahir bəy deyir ki, hər kəs uşaqlıqdan hansı dadlara öyrəşibsə, onu yeməyə üstünlük verir. Bundan başqa, hər kəs 400 kilometr radiusda bitən şeyləri yeyir: "Hamilə qadın prinsipi var - o, süfrədən yalnız ürəyinin istədiyini götürür. Yəni nəyisə maraq üçün yemir. Assosiasiya prezidentinin qənaətinə görə, bu prinsip normal insanda da olmalıdır. Acanda qidalanmaq lazımdır, hər iştaha gələndə yemək yemək yox: "İnsan doysa da, süfrədə nəsə görüb onu da yeməyə başlayır. Bu iştahdır və bizi aldadır. Buna aldanmamaq lazımdır.Yalnız ac olanda süfrəyə oturmaq və süfrədən doymamış çəkilmək lazımdır ki, o yeməyi az sonra yenə də sevəsiz, xoşlayasız, ləzzət ala biləsiz. Bir paxlavanın dadı ilə bir sini paxlavanın dadı eynidir. Bir qaşıq plovla bir sini plovun da dadı eynidir".Tahir Əmiraslanov vurğulayır ki, çox yemək o demək deyil ki, siz yaxşı qidalanırsız.Tərəvəz salatlarına üstünlük vermək tövsiyə olunurDiyetoloq Məlahət Kərimova həm gündəlik həyatda, həm də bayramlarda düzgün qidalanmanın yollarını açıqlayıb. O bildirib ki, süfrəmizdə hər cür naz-nemət, mayonezli salatların olmasını xoşlayırıq: "Yağlı xörəklərin bişirilməsinə daha çox üstünlük veririk. Süfrənini bəzədilməsi üçün bu heç də düzgün taktika deyil. Rəngli tərəvəzli salatlarına, xüsusən də "Sezar" salatına üstünlük vermək lazımdır. Qırmızı kələm salatı da gözəl olar".Aşı sabaha saxlayınO bildirib ki, sobada bişirilən xörəklər də həm Yeni il süfrəsinə bəzək, həm də mədəmizə dostdur: "Düyünü isə Yeni il günü yox, ondan sonrakı gün bişirmək daha məsləhətlidir. Bu zaman mədə çox yüklənməz".Düzgün qidalanmanın düşməniMütəxəsssis deyir ki, spritli içkilər tövsiyə olunmur: "Ən azı çox içməmək lazımdır. Çünki onun qədərindən artıq içilməsi pandemiya dövründə immun sistemimizin zəifləməsinə yol açır. Qazlı içkilər də ziyanlıdır, mədəni yükləyir. Bu içkilərdən uzaq durmağı tövsiyə edirəm".Diyetoloq bayram günü mədəni həddindən artıq yükləməməyi məsləhət görür: "Süfrədə 2-3 çeşiddə xörəyin olması daha yaxşıdır".Axşam 6-dan sonra yeməyi yada salmayınGündəlik qidalanmaya gəlincə diyetoloq bildirib ki, səhər qəlyanaltılarını unutmaq olmaz: "Səhər 2 soyutma yumurta, 50-60 qram yağ yemək tövsiyə olunur. Konkret saatlarda qidalanmaq lazımdır. Saat 11-12 radələrində çərəzlərin, meyvələrin yeyilməsi tövsiyə olunur. Axşam saat 6-dək qidalanmaq məsləhətdir".Həmsöhbətimiz soyuq hava şəraiti ilə əlaqədar olaraq zəncəfilli və limonlu suyun içilməsini də tövsiyə edib.Eləcə də oxuyun:* Yeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən* Cənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov* Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək* Yeni il süfrənizə ləzzətli və ətirli təam, duzda basdırma balıq - videoresept* Bayram yarmarkasından reportaj - Video/Foto
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42422/10/424221049_61:0:1841:1335_1920x0_80_0_0_ca39a620b7a4c6f3a134329fd433754e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bayram süfrəsi düzgün qidalanma tövsiyə hamilə qadın tövsiyə yemək
bayram süfrəsi düzgün qidalanma tövsiyə hamilə qadın tövsiyə yemək
Bayram süfrəsində ağlınızda mütləq bir hamilə qadın olsun
Bayram günlərini tez unutmağa qoymayan bir amil də olur: artıq çəki. Mütəxəssislər düzgün qidalanmağın qızıl qaydalarını açıqlayırlar.
BAKI, 31 dekabr — Sputnik. Necə düzgün qidalanmalıyıq - əksəriyyətimizi düşündürən sualdır. Çünki bu həm həyat tərzimizə, həm sağlamlığımıza, həm də görünüşümüzə birbaşa təsir edir.
Bəs düzgün qidalanmanın asan yolu varmı? Sputnik Azərbaycan bu sualla mütəxəssislərə müraciət edib.
Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri Tahir Əmiraslanov və diyetoloq Məlahət Kərimova Sputnik Azərbaycan-a açıqlamalarında düzgün qidalanmanın qızıl qaydalarını sadalayıblar.
Tahir bəy deyir ki, hər kəs uşaqlıqdan hansı dadlara öyrəşibsə, onu yeməyə üstünlük verir. Bundan başqa, hər kəs 400 kilometr radiusda bitən şeyləri yeyir: "Hamilə qadın prinsipi var - o, süfrədən yalnız ürəyinin istədiyini götürür. Yəni nəyisə maraq üçün yemir.
Boylu qadın heç zaman artıq nəsə yemir, hansısa vitamin çatışmazlığı ilə əlaqədar olaraq bədəni ondan müəyyən qidaları tələb edir. Məsələn, hamilə qadın kələm istəyirsə, demək ki, bədənində kələmin tərkibində olan hansısa vitaminə tələbat var. Hətta iki-üç gündən sonra kələmi ona versən, qadının ürəyi bulana, qaytara bilər. Çünki bədən onu qəbul etdi, doydu, uşaq qidalandı".
Assosiasiya prezidentinin qənaətinə görə, bu prinsip normal insanda da olmalıdır. Acanda qidalanmaq lazımdır, hər iştaha gələndə yemək yemək yox: "İnsan doysa da, süfrədə nəsə görüb onu da yeməyə başlayır. Bu iştahdır və bizi aldadır. Buna aldanmamaq lazımdır.
Yalnız ac olanda süfrəyə oturmaq və süfrədən doymamış çəkilmək lazımdır ki, o yeməyi az sonra yenə də sevəsiz, xoşlayasız, ləzzət ala biləsiz. Bir paxlavanın dadı ilə bir sini paxlavanın dadı eynidir. Bir qaşıq plovla bir sini plovun da dadı eynidir".
Tahir Əmiraslanov vurğulayır ki, çox yemək o demək deyil ki, siz yaxşı qidalanırsız.
Tərəvəz salatlarına üstünlük vermək tövsiyə olunur
Diyetoloq Məlahət Kərimova həm gündəlik həyatda, həm də bayramlarda düzgün qidalanmanın yollarını açıqlayıb. O bildirib ki, süfrəmizdə hər cür naz-nemət, mayonezli salatların olmasını xoşlayırıq: "Yağlı xörəklərin bişirilməsinə daha çox üstünlük veririk. Süfrənini bəzədilməsi üçün bu heç də düzgün taktika deyil. Rəngli tərəvəzli salatlarına, xüsusən də "Sezar" salatına üstünlük vermək lazımdır. Qırmızı kələm salatı da gözəl olar".
O bildirib ki, sobada bişirilən xörəklər də həm Yeni il süfrəsinə bəzək, həm də mədəmizə dostdur: "Düyünü isə Yeni il günü yox, ondan sonrakı gün bişirmək daha məsləhətlidir. Bu zaman mədə çox yüklənməz".
Düzgün qidalanmanın düşməni
Mütəxəsssis deyir ki, spritli içkilər tövsiyə olunmur: "Ən azı çox içməmək lazımdır. Çünki onun qədərindən artıq içilməsi pandemiya dövründə immun sistemimizin zəifləməsinə yol açır. Qazlı içkilər də ziyanlıdır, mədəni yükləyir. Bu içkilərdən uzaq durmağı tövsiyə edirəm".
Diyetoloq bayram günü mədəni həddindən artıq yükləməməyi məsləhət görür: "Süfrədə 2-3 çeşiddə xörəyin olması daha yaxşıdır".
Axşam 6-dan sonra yeməyi yada salmayın
Gündəlik qidalanmaya gəlincə diyetoloq bildirib ki, səhər qəlyanaltılarını unutmaq olmaz: "Səhər 2 soyutma yumurta, 50-60 qram yağ yemək tövsiyə olunur. Konkret saatlarda qidalanmaq lazımdır. Saat 11-12 radələrində çərəzlərin, meyvələrin yeyilməsi tövsiyə olunur. Axşam saat 6-dək qidalanmaq məsləhətdir".
Həmsöhbətimiz soyuq hava şəraiti ilə əlaqədar olaraq zəncəfilli və limonlu suyun içilməsini də tövsiyə edib.
* Yeni illə şəkərburanı nə bağlayır - Tahir Əmiraslanovun dilindən